Dünyada bir şəhər var,Mənimçin yer üzündəŞəhərlərin qəşəngi.Ağ badam gülləridirBağlarının çələngi.Kölgəli küçələrdən,Arxlardan sular axar.Çaxçaxlı qapılardanSürməli qızlar baxar.Suvaqlı evlərindəHər sözü, hər söhbətiHikmət dolu qocalar.Başı üstə SəhəndinAğ çalmalı zirvəsiVüqar ilə ucalar...Bir zaman o şəhərdəÖmür sürdük, gün gördükDostlar ilə bir yerdə.İndi neçə illərdirDüşməz ora güzarım.Fəqət, yenə o yerdəYaşar ürək dostlarım.Hamısı da ixtiyar.

Dünənin çılğınlarıGör necə qocaldılar...Yaşar bir də ümidim,Məhəbbətim, ilqarım,Alovlu şerlərim,Qanadlı duyğularım...İndi neçə illərdir,Gözümün önündədirO küçələr, meydanlar.Örtülü bazardakıCərgə-cərgə dükanlar.Bir də ki, o şəhərinDönə-dönə gəzdiyim,Neçə dəfə azdığım,Hər dalanı, döngəsi.Yığın-yığınAcılı-şirinli xatirəsi...Heç nəyi unutmadım,Hələ yaddaşımdadır.Saçlarım ağarsa da,O gənclik illərininSevdası başımdadır...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets