Başa keçdi gerçəyiƏlimizdən çalanlar.Bu dünyanın rənginiDəyişdirdi yalanlar

Hara gedir bu dünya?Bu gözəl dünyamızdanGözəllik qovuldu, hey.Könüllərin açarı –

Dillər qıfıl oldu, hey.Hara gedir bu dünya?Hər şey döndü tərsinəXeyir şərə qul oldu.

Haqqın çiyninə minməkYüksəlişə yol olduHara gedir bu dünya?Yalan evin içində

Gerçək qapı dalında.Doğru çörəyə möhtacƏyri cah-cəlalındaHara gedir bu dünya?

Yolumuz duman olmuş,Yaxşılar yaman olmuş.Haqq bu gün öz haqqınıHaqsızdan uman olmuşHara gedir bu dünya?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets