Yaman darıxmışam səninçin, yaman!Mən əsir düşmüşəm öz istəyimə.Nifrəti gizlətmək asandan asan,Sevgini gizlətmək mahalmış, demə!

Haraylar yüksəlir könüldən yenə,Bu necə haraydı, bu necə haydı?Öhdəmdən gələrdim... Gözüm üzünə,Qulağım səsinə darıxmasaydı...

Elə bil hər yerdən üzülüb əlim...Mən azıb qalmışam qəm dərəsində.Dirilib yaşanır sənli günlərimSənsiz günlərimin xatirəsində.

Yaman darıxmışam... Bu nədir yenəAğlım sağa baxır, ürəyim sola.Ürəyim dönübdür göy göyərçinəQonub sən gedəli sən gələn yola.

Yaman darıxmışam... Hər axşamçağıArzumu günəşin telinə sardım.Mənimlə olsaydı, mən darıxmağıZamana ən uzun ölçü sanardım.

Yuxuma gəlmişdin...Qısıldıq küncə.Danışdıq...Yel əsdi...Dağıldı dərd-qəm.Kölgəyə dönmüşdüm,Səni görüncəSənin işığında yox oldu kölgəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets