Yurd yad əlində
Sabirin, M.Cəlilin divanəsi,hüquqşünas Ə.Yaşara
Hər gün neçə şəhid dəfn edirik biz,Ağacı torpağa basdıran kimi.Üzlərdə qəzəbdən nə kölgə, nə iz,Dəfn mərasimi ötür an kimi.
Niyə bu mərasim sarsıtmır bizi?Necə gəlib çatdıq bu "məqama" biz?Bu ki, faciədir... faciəmiziNiyə çevirmirik intiqama biz?
Qəzəb zirvəsindən endik biz bu gün,Yoxuşlar çevrilib enişə döndü.Şəhid dəfn eləmək, yoxsa, bizimçünAdicə qaydaya, vərdişə döndü?
Məzarın başında qanadlı sözlər,Qanadlı cümlələr baş alıb gedir.İntiqam hissimiz varsa bir qədər,O da bu sözlərlə boşalıb gedir:"Ədalət bizdədir... bizimdir zəfər,Daim güvənmişik biz həqiqətə.Vətənin yolunda ölən şəhidlərÖlmür, qovuşurlar əbədiyyətə".
Çox gözəl sözlərdir, hikmətli, kövrəkAmma çox uyuruq sözə, "hikmətə".Yoxmu mərasimdə bəs bu şəhid təkQovuşmaq istəyən əbədiyyətə?Buyursun, bir nəfər irəli gəlsin.Bu şəhid oğlana varmı bir əvəz?Onun qatilinə hanı qəzəb, kin?Onun qisasını kim alacaq bəs?
Verib Qarabağı Bakıya qaçdıq,Bakıda "Qarabağ" kafesi açdıq.Verib Qarabağı oxuduruq biz,Toylarda "Qarabağ şikəstəsi"ni.Heç demə, bizim də kişiliyimizToylarda cırmaqmış minlik dəstini.
Çaldı, Qarabağı çaldı düşmənimBəs o şikəstəni oxuyan kimdir?Düşmən əlindəykən Qarabağ,mənimŞikəstə deməyim şikəstliyimdir.Biz bunu bacardıq, biz bunu yalnız,Bizə qənim olmuş öz tamahımız.Düşmənə yönəlmir qəzəb də, kin də,Dərs ala bilmədik əcdadımızdan.Özümüz bu kökdə, yurd yad əlində,Haray Çələbi xan, haray Pənah xan!
Aprel, 1994
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-yurd-yad-elinde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Oldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Cibişdan ayıGəldi çün-mahi-məhərrəm, bu müsəlman ayıdır,Müftəxor mollaların hər gecə ehsan ayıdır.
Bakı vilayətin məskən edibsənBakı vilayətin məskən edibsən,Cəhd elə, elmindən olgunan halı.