Özün bil
Bu dövr, əmi can, tərsinə dövrandır, özün bil;Təqdiri-qəza sanma ki, asandır, özün bil.
Cəm oldu bütün mollanümalar hamı xoşnud;Hər nə Bakıda, Gəncədə olmuş ola mövcud;Istərlər hamı etməyə bir az səni məhdud;Bəzi götürüb balta, çomaq, bəzisi behbud.Zənn etmə ki, bu şəhrdə ehsandır, özün bil;Yox, yox, Baba can, qətlinə fərmandır, özün bil.
Əvvəlcə sənə söyləmiş idim kəlamı,Yazma bu qədər jurnalına xəlqi-əvamı,Bu mollaları jurnala yazmaq da rəvamı?Olmaz ki, itə mollaların şöhrəti, namı,Molla kişi, sövdagəri-rizvandır, özün bil;Oldur ki, xəlayiq sənə düşmandır, özün bil.
Jurnalda yazarsan nə ki var mollada nöqsan;Ay molla, nə var, əyri otur, düz danış hər an.Sövdagəri-qılman eləyibmiş səni Quran;Oldur ki, gəlib qeyzə bütün sakini-Salyan.Hər guşədə bir şurişi-tuğyandır, özün bil;Yazma daha molla sözünü, qandır, özün bil.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-ozun-bil
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Satire
Gözləyən kimsə, gözüm, həqqi deməz ay sənə,Neçidir ay vəcahətdə ola tay sənə!
Nakam şairO qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.
DolaşmaEy Molla dayı, gəl bu müsəlmanə dolaşma,İnsaf elo, hər sahibi-iymanə dolaşma.
Şücaət(“Suraxanski” küçə, yuxarı məhəllə, Qoşa hamamın qabağı)*Yuxarı məhlənin əhlində şücaət görünüb,