Səsin qulağımda, adın dilimdə,Gəzdim Mərdakanı, İbrahim dayı.Az qaldı soruşam gəlib-gedəndənDeyəm dayım hanı, İbrahim dayı?..

İnsan bir yalandır, şirin bir yalan,Hələ ki, olmayıb əbədi qalan,Ta gendən seyr etdim sahibsiz qalan,O evi, eyvanı, İbrahim dayı.

Bir bağın vardı ki, çiçəkdi, güldü,Yazda açılırdı, qışda gülürdü.Gördüm meyvələrin sanki ölüydü,Bərk qaraldı, İbrahim dayı.

Təzə mənzilinə düşdü güzarım,Baxdım, çöküb yeri, solub hasarı,Gör necə dəyərsiz olub məzarı,Övladsız insanın, İbrahim dayı.

Ürəyin genişdi, qəlbin böyükdü,Sən neçə kimsəsiz yetim böyütdün,Onlara öz balan dedin, böyütdün,İndi onlar hanı, İbrahim dayı.

İstəyin nə idi, özgəyə yanmaq,Təmiz ömr eləmək, təmiz dolanmaq,Səhvsiz adam olmur deyirlər-amma,Yoxdu bir nöqsanın, İbrahim dayı.

Qeyrət insanıydın, insaf insanı,Allah insanıydın, savab insanı.Ərzin ən əvəzsiz, ən saf insanı,Ən bədbəxt insanı, İbrahim dayı…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets