İbtilayi-qəram
Dinliyorkən lisani-şerimi bən,Bir yetimin lisanhalı kibi,Yüksəlir bir inilti qəlbimdən,Titrədir ruhi-lərzədar şəbi.
Daima bir sərabə aldanırım;Ağlaram, sızlaram, fəqət o zaman,Ruhi-şerimdə çırpınır sanırımBir qırıqlıq, bir ehtiyaci-nihan.
Öylə bir ehtiyaci-mübrəm ki,Ona vabəstə etilayi-xəyal,Şer-şair bulur onunla kəmal.
İştə ahəngi-leyl, səmti-səma,İştə dalğın dəniz diyor sankiHəp sükuti-bəliğ içində bana:Ruhi-şairdə mevcidi-ilhamBir məziyyət var: “İbtilayi qəram!..”
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-ibtilayi-qeram
Use ← → keys to move, R for a random poem
More by this author
Şimdi üçüncü qısma gələlim.Üçüncülər: “yeni üsulda tərbiyə görüb, yaxud görmək istəyib, müəllimliyə həvəskar
Qafqasyada müəllimlərQafqasyanın ibtidai məktəblərində türkcə dərs verən müəllimlər təqribən üç qisməbölünür:
NakamlıqBöyük bir ziya’i-əbədiBu gün qara topraq əcəlin pənceyi-qəhri Qafqasiyanın Rusiya türklərinin, daha doğrusu, bütün türk ünsüri-nəcibinin yorulmayan, qəhrəman və çalışqan bir evladını ağuşi-əbədisinə alıyor.
Mirzə Abdulla Məhəmməd yaxud (A.Sur) – Abdulla TofiqMərhumun təşyini-cənazəsi mərasimiMay ayının on birinci günü gündüzün saat on birdə Gəncə vağzalının önündə bir qutu (tabut) nəzərə çarpıyordu ki, içində (A.Sur), o nakam cavan, o qəyur ədibimiz xabiəbədisinə varmışdı. On dörd gecəlik ayı ihatə edən yıldızlar kibi mədrəseyi-ruhaniyyə tələbə və müəllimləri cənazənin ətrafını sarmışdı. Hər kəs qayb olmuş bir fəzilətin, əldən çıqmış bir ne’mətin yadi-həsrətilə mütəəssir olduğunu göstəriyordu. Hazırun, böylə fəal və mütəşəbbüs bir cavanın, böylə natiqəpərdaz bir qəhrəmanın sükuti-həzinini düşündükcə heyrət və təfəkkürdən kəndini alamıyordu.