İllər,min fəryadlımin ahlı illər,İllər heç baxmadı cüssəyə, yaşa.O əsgər geyimli, silahlı illərHamını çevirdi heykəltəraşa.

Yanına salmadı kimsə əlini,Dözdü sınağına şaxtanın, qarın.Kimi daşa yondu öz heykəlini,Kimi tırtılına polad tankların.

Kimi heykəlini Muğan düzündəUcaltdı zümrüdü zəmi içində.Kimi Bibi-Yarda – qan hovuzunda,Kimi də Volqanı üzüb keçəndə.

Kimi heykəlini neft mədənindəYüksəltdi buruqtək, ucaltdı çəntək.Kimi heykəlində – öz bədənindəQanlı yara açdı...Lalə açantək.

Stalinqradda, LeninqraddaƏritdi çoxları mərd heykəlini.Kimi bir süngüylə, bir qranatlaGöstərdi düşmənə sərt heykəlini.

Kimi od içində,Kimi arxadaGörünməz bir heykəl qoydu özünə.Bu gün də Buhenvald düşəndə yadaHeykəllər görünür elin gözünə!

Silahmı, çəkicmi tutmuşdu əllər?Əllər min ilhamlı, xəyalı keçdi.Hekəl yaratmaqda illər,

o illərMikelancelonu, Cəlalı keçdi.

İllər,min fəryadlı,min ahlı illər,İllər heç baxmadı cüssəyə, yaşa.O əsgər geyimli silahlı illər,Hamını çevirdi heykəltəraşa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets