Yar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.Daha bundan artıq tab eləmənəm,İntizarım gözü yolda qalan var.

Rəhmin gəlsün gözdən axan yaşına,Təəccüb qaldım qəhbə fələk aşına,Hər dəm-hər dəm gəlləm yollar başına,Dirəm bəlkə yar yanından gələn var.

Göz yaşımdan namə yazdım mən sənə,Yaman ayrılığın kar etdi mənə,Axdı gözüm yaşı döndü ümmanə,Qəvvas olub dəryalara dalan var.

Əzəl-axır mən yarınəm, yar mənəm,Niçün qucar qızıl gülüm, xar mənəm,Bu səbəbdən intizarım var mənəm,Məndən qeyri həsrətindən ölən var.

Kiçikliyimdən mən çəkmişəm cəfasın,Sənin rəqiblər niçün sürər səfasın,Əsgər dir görməmişəm vəfasın,Nazlı yarın gözlərində yalan var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love