Dəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.

Hər əl əl ki urar şanə o geysuyi-pərişanə,Mənim aşüftə könlüm tək, xudaya, yarsız qalsın.

Məni lal eyləyən bülbül kimi bir böylə mövsümdə,Suali-həqq olanda, ey xuda, göftarsız qalsın.

O səf-səf çəkilən zülfün şikəncin sındıran şanə,Dağılsın səfləri, Allah, görüm sərdarsız qalsın.

Maqta — the closing couplet bearing the poet’s pen name. O çin-çin zülfi-pürçinin xəraci Çinü MaçinəVerə gər Fazili-Şeyda, görüm, zünnarsız qalsın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love