Bir Əli vardı
Ömrünü qolları üstə götürdü, apardı,İşıqlı qara gözlərindəuzaq yolların həsrəti getdi.Arıq əllərinin qırışlarındaoğullarının həsrəti getdi.Bir Əli vardıdöndü oldu üç.Paşa, Azər, Orxan.İndi üç səmtə uç,uç Əli,(mənə fikir verməyin,Özümə təsəlli verirəm,təsəlli)
Bir Əli vardı...Dolu çiyinlərindəömrü yöndəmsiz yük idi,fikri özündən ağır idi,şairliyi özündən böyük idi.İşlə evin arasındakeçirdi həyatı.Xəyalında tez-tezsahmana salardı kainatı.Bircə dəfə büdrədi atı,sındı qanadı.Yıxıldı Göyçayaüstündə qızılgüllər qanadı.Bir Əli vardı...Gözündə həmişədosta təsəlli vardı.Dost əli sıxmağaMöhkəm əli vardı.O vaxt inanmadım ölümünə,inanmıram yenə.Ölüm oynatmasın atını,çəkib doluyaram qolumatorpağın üst qatınıüstü açıq qoyaramo dünyanın həyatını.Ürəyim elə yandıbunu da əsəbiləşib dedimeləyə bilmərəm,yalandı.Bir Əli vardı...Onu ölüm əlimizdənçox tez alıb.Yaşadığım bu dünyadostumun yazmadığı mövzulardıƏlidən qalıb.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-bir-eli-vardi
Use ← → keys to move, R for a random poem
More by this author
Dünyanın işləri keçib gedəcək,Hər şeyi sahmana salacaq həyat.
Gülün gözəlliyi öz qatilidiGülün gözəlliyi öz qatilidiBülbülün qəfəsi şirin dilidi.
HəmsöhbətÜrəyim darıxanda,abırlı bir yerə getmək istəyəndə,
Yazıq MusaQorxa-qorxa yaşadı ömrünü yazıq Musa,Birdən aldadarlar ha, birdən aldanaram ha...
Poems by other poets
Əqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Hər yerdəYaxşıya yaxşı, pisə pis demişəm hər yerdə,İblisin oğluna iblis demişəm hər yerdə.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.