Şerilərimin tərsi mənim,düzü sənin.Balalarımın səsi mənim,özü sənin.Ürəyimin içi mənim,üzü sənin.Apar qaval çəkdir, –yaxşı qaval olar;Fikir vermə,çalanda ağlayır-ağlasın,gülür-gülsün!Həmişə içindən döyülüb,bir az da üstündən döyülsün.Ömrümün xoş günləri sizin,dərdləri mənim...

Dillərin balları sizin,ödləri mənim.Dostlarımın yaxşıları sizin,bədləri mənim.O dostları damən qazanmışam...Qazandıqlarımınyaxşısını da,pisini dəəzizlədim. –Yaxşıları sizin,pisləri özümlə aparım...Torpağın altında gizlədim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets