Əzizdi bala nəfəsi,Evə hopub sözü – səsi.Bu evin əziz “körpəsi”.Başqa evdə gəlindi ha...

Hər evin öz qibləsi var,Öz sözü var, öz səsi var.Gəlində yad nəfəsi var,Evə təzə gələndi ha...

Qızın hər işi görünər,Sözü, gülüşü görünər.Qaynana baxıb deyinər,Gəlin yaman güləndi ha...

Bu qız dönüb olmadı, dev,Elə bil öz balandı, sev!Gəlin saxlaya bilən ev,Bala qədri biləndi ha...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets