Elə ki hər işin vərdişə dönür,Yaşamaq özü də bir işə dönür,Ömür gündən-günə adlamaq olur,qışda titrəyirsən, yayda yanırsan.Gecə qara olur, gündüz ağ olur,Hərdən yadından da çıxa bilər ki,bu da bir dünyadı, dünyada varsan.Hər şeyin şəklinə baxır gözlərinyeyirsən, yatırsan, durub yeyirsən.İstisi, soyuğu olmur sözlərin.vərdiş elədiyin yolları, işisoyunub yatırsan, durub geyirsən.Yadından çıxır ki, yer kürəsi var,insanlar yaşayır qaralı, ağlı.Bu yer kürəsində olan hər şeyinbir avand üzü var, bir də tərsi var.Haqq var, ədalət var, hökmü rəvandı,Onlar da ömürdü əriyib axır,bir şamsan yanırsan günorta vaxtı.Yadından çıxıbdı yol enir, qalxır,Adamın gətirməz, gətirər baxtı.Yadından çıxıb ki, ölüm-itimdi,beşikdən məzara gedən yoldu bu.Sənin ömür yolun ikicə tindi,

birdən niyə görə ömür oldu bu –vərdişdi, vərdişdi, ilhamsız işdi –Bu gündən sabaha keçmək vərdişi.Çörək çeynəməkdi qarnın doyuncaÜstündən bir az su içmək vərdişi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets