Qocalmışam, qəddim bükülüb,ayağım yorulub,Gəzirəm yıxıla-yıxıla.Heyfsilənmirəm yaşıma,Təki, təki nəvələrimyığıla başıma.

Nəvə-nəvədir,istər qız ola,istər oğul ola,Təki başıma yığıla.Halay vurub qaynaşalar dövrəmdə,Kənardan durubbaxım mən də!

Quş olub uçum fərəhimdənqəddim düzələ,ayağım yeriyə,eynim açıla.

Əl ağacıma yox,Nəvəmə dirsəklənib,dikəlim doğrula-doğrula.

Bax, elə möcüzəyə bənzəyir bu!Bax, elə buymuş elə«Baba-nəvə nağılı!»

Dünya yaranandan indiyədəkBundan doğmabundan şirin,Bir hekayət uydurmayıb insan ağlı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets