Əbədiyyatın yazdığı kitab
Göylərin də təşbehi dəyişir zaman-zaman,Kim göyləri tale, kimi müqəddəs məkan,kimi də bəzək sayır.(hərənin öz fikri var).Göylər mavi varaqlı, göylər ulduz yazılı,göylər Günəş istili,kitaba da oxşayır.Burdakı sonsuz, dərin,işıqlı fikirlərinəsiridir insanlar.Kitabda sətir-sətir oddan hikmət yazılıb,Gözə güclə görünən bir solğun səyyarədəodlu, sulu, insanlı,Bir aləm həkk olunub, bir təbiət yazılıb.Günəşi söz yerində, ulduzu söz yerindəişlədib əbədiyyət.Hər sətri öz yerində, hər sözü öz yerindəgizlədib əbədiyyət.Əlifbası qədimdir, kainat kimi qədim,Dünyadan çox-çox əvvəl, insandan çox-çox əvvəl,yazılmış sətirlərikim oxuya bilər, kim?Ulduz sıralarıdır kitabın hər cümləsi,Dili səma dilidir, çətindir tərcüməsi.Sözləri bir-birindən uzaq düşübdür, uzaq,Yaxın yazılsaydılar, görən boş qalmazdımı,ucsuz-bucaqsız varaq?Hər kəlmənin üstünə çöküb qatı dumanlıq,Hər cümlənin üstündə donub qalıb qaranlıq.İndi-indi güvənib inadcıl zəkasınabir zamanlar qorxduğu,həsrət-həsrət baxdığıUlduzlar dünyasına uçmaq istəyir insan.Zülmət və od məskəni kainatı oxumaq,Əbədi əlifbanınPas atmış qıfılını açmaq istəyir insan.
Bakı, 1959
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-ebediyyatin-yazdigi-kitab
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
İki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"