Mən kiməm? – Bir bikəsü biçarəvü bixaniman,

Taleim aşüftə, iqbalım nigun, bəxtim yaman.

Nəmli əşkimdən zəmin məmlu, ünümdən asiman,

Ahü naləm navəki peyvəstə, xəm qəddim kəman.

Tiri-ahim bixəta, tə’siri-naləm bigüman,

Müttəsil qəmxaneyi-sinəmdə yüz qəm mihman.

Qanda bir qəm itsə, məndən istəsinlər, mən zəman,

Yox mənə qeydi-bəlavü dami-möhnətdən əman.

Çıxmadı könlümdən ənduhü qəmü möhnət həman,

Ey mənim canım sənü könlüm səninlə şadiman.

Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,

Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation