Münacat
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,Salam olsun sizə çox-çox əzizlər nuri-çeşmanlar,Xudaya, elə bu məzlumların dərdinə dərmanlar,Bunları sən xilas elə, aman xaliq, aman Mövla
İlahi, bunların əhvalına əhli-cahan ağlar,Qamu pərəndə-çərəndə məkanilə zaman ağlar,Xəlayiq cümləsi hətta mələk, ins-ü-can ağlar,Zəmin, yeddi fələk, kürsilə ərş-ü-asman ağlar,Bunları sən xilas elə, aman xaliq, aman Mövla
Bunların əhli-əyalı ruzu-şəb hər vaxt an ağlar,Yeməz-içməz, yuxu görməz, çəkib ah-ü-fəğan ağlar,Olub Ceyhun təki gözlər, axar yaşı rəvan ağlar,Kimisi yaş tökər, kimi irin, kimisi qan ağlar,Bunları sən xilas elə, aman xaliq, aman Mövla
Bunların yüzlərinə aç qapısın bab-i-rəhmətdən,Yazıq qullarını dur eləmə dərgahi-izzətdən,Özün öz nemətinlə bəsləyibsən, salma adətdən,Qamu müşkillərini həll edüb qurtar məşəqqətdən,Bunları sən xilas elə, aman xaliq, aman Mövla
Səlat-pəncin ardınca qapında durubən çox-çox,Münacat eyləyib dərgahına yalvarıram artıq,Kəlamında bizə üd'u deyibn eylədin buyruq,Sənin qapından özgə yalvarsa, qeyri qapı yox,Bunları sən xilas elə, aman xaliq, aman Mövla
Eya xəllaqi-aləm, xaliqimsən, zülcəlalımsən,Qamu xeyr ilə şər xəlq eyləmisən, bimisalımsən,Kərəmli padşahımsən, görürsən zəəf halımsən,Fəqirəm qapına gəldim, məişəm ver, sualımsən,Bunları sən xilas elə, aman xaliq, aman Mövla
Həbib əgər mənə verdiyin meraca bağışla,Sənin dəvətinə gəldikdə qoyan taca bağışla,Geyib xələt, minib Burağ gəzən minhaca bağışla,Mədinə, Məkkəyə, Qüdsə gələn hüccaca bağışla,Bunları sən xilas elə, aman xaliq, aman Mövla
Bağışla ənbiyaya, övliyaya, zati-ürfana,Və həm yüz dörd kitaba, İncilə, Tövrata, Qurana,Qələmə, ləvhə, əflaka, zəmini, ərşi-Rəhmana,Mələklərə, kirami, xəlqinə, cinlə insana,Bunları sən xilas elə, aman xaliq, aman Mövla
Bağışla vəhdətinə, qüdrətinə, qadir-mənnan,Bizə şəfqət nəzəriylə baxıbn eylə sən xəndan,Kərəm dəryalarını haqqımızda eylə sən cuşan,Özün lütf-ü-kərəm bəhrindən eylə bizlərə ehsan,Bunları sən xilas elə, aman xaliq, aman Mövla
Şərikin yox, nəzirin yox, münəzzəh pak yəzdanım,Ətufim sən, qəfurumsən, qamu isyana qüfranım,Eşidirsən münacatım, səmiimsən, kərəmkanım,Qamu dərdlər dəvası sən, icabət elə dərmanım,Bunları sən xilas elə, aman xaliq, aman Mövla
Fəqir, bicarə, miskin, ey əzizlər, ulu qardaşlar,Sizin əhvalınıza gözlərindən axıdır yaşlar,Ciyərim yandı, ox-ox, cism-ü-cana düşdü atəşlər,Dəgil mümkün sizi görmək, yolum dolu tikan daşlar,Bunları sən xilas elə, aman xaliq, aman Mövla
Şəhabəddin Avarxanı Dağıstandan çəkib ləşkər,İnib Kişdən yeridi Qoxmuğa dək olub sərvər,Qayıdıb qaçdı, bizi yandırıb yaxdı Orus pərkər,Olanda sal Səd-qərdə dutuldu hacılar, bəylər,Bunları sən xilas elə, aman xaliq, aman Mövla
Kitabxana.az · https://kitabxana.az/en/works/goynuklu-mahmud-efendi-munacat
Poems by other poets
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız