Halımıza dair 1
Vətənimiz olan Qafqaziyada əhalimizin tərəqqisi cəhətindən qabaqda olan bir şəhərimiz varsa, o da Bakıdır. Doğrudur, Bakı şəhərində yaşayan və ədədcə müsəlmanlardan az olan sair tayfa əhlinin tərəqqisi onlardan ədədcə çox olan Bakı müsəlmanlarından iki-üç qat artıqdır. Amma genə də hər nə tövr olsa, sair şəhərlərimizə nisbətən Bakı şəhəri bu yolda çox qabaqdadır. Bu şəhərdə həm elm və həm hünər və sənayei-nəfisə get-gedə tərəqqiyə düşməkdədir və bu tərəqqi içində tərəqqiyi-məkusə bənzər bəzi hadisələr baş verirsə də, lakin bu hadisələrin nəticəsi yenə də həqiqi tərəqqinin müzəffəriyyətini bildirməyə başlayır. Doğrudur, bu şəhərdə hələ çox adam vardır ki, tərəqqini başqa bir rəngdə anlayır və bir çoxları da vardır ki, tərəqqinin nə olduğunu heç də anlamırlar. Bir çoxları da vardır ki, əhalinin tərəqqi etməsindən zərər və ziyanlarına düşdüklərini anlayıb apaşkara düşməni-tərəqqi olublar.
Bir çoxları da vardır ki, anlamadıqlarından tərəqqiyə düşməndirlər – ürfi bu böyük şəhərdə hər bir cür fikir sahibi vardır. Amma yenə də həqiqi tərəqqi tərəfdarları getdikcə çoxalmaqdadırlar. Və bunların da həqiqi həyat və məişət haqqında qəbul etdikləri əqidə o qədər böyüyüb, o qədər tanınıbdır ki, onları hər vəch ilə olur olsun bu əqidədən daşındırmaq mahaldır. Bərəkət olsun ki, belə bir kamil əqidəni pozmaq və pozdurmaq xəyali-xamində olanlar da öz cəhalətləri ilə o qədər məşhurdurlar ki, daha bundan sonra onların sözləri heç kəsə təsir edə bilməz.
Kimi elm ilə, kimi ağıl və təcrübə ilə bir kərə anla yıbdır ki, indiyə qədər sürdüyümüz həyat deyildir. Bəlkə həyat içində bir məmatdır. Doğrudan da minlərcə atalar, əvvəllərdə gələcəyi heç də nəzərietibarə almayıb, günlərini qəflətdə keçirdikləri bir zamanda birdən-birə öz qəflətlərini anlayıb övladlarına tərbiyə verirlər ki, onlar gələcək həyati-bəşəriyyəyə hazır olsunlar. Özləri kimi bir çox lazımlı şeylərdən məhrum olmasınlar. İndiki əsrdə sairləri kimi yaşamaq üçün hazırlanmış adamlar lazım olduğunu hər kəs düşünməyə başlayır.
Lakin çox təəssüf olsun ki, Bakıdan başqa, sair müsəlman şəhərlərində tərəqqi bulmaq yolunda heç bir fəaliyyət müşahidə olunmur. Bu şəhərlərin adamlarında tərəqqi fikri varsa da, haman fikir hələlik qüvvədən felə qoyulmur. Hətta əvvəllərdə, yəni bütün Rusiyanı xabiqəflətdən oyadan zərbədən sonra bu yerlərdə də “ləbbeyk” sədası eşidilməyə başlamışdısa da, indi o səs daha gəlmir.
Bu hesabdan kənd və kəsəklərimizə gəldikdə oralar haman yazıq gəlməli halda baqi qalmaqdadırlar. Kənd adamlarımız arasında heç bir oyaqlıq hiss olunmur. Zatən bu təəccüb deyildir. Onların öz özbaşlarına oyanmaqlarına və hələ bir çox vaxt istər. Digər tərəfdən onları oyadan da yoxdur. “Xoftəra xoftə key konəd bidar” (yatan yatanı oyada bilərmi), xoftə olmayanlarda da daha artıq həvəs qalmayıbdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-halimiza-dair-1
Use ← → keys to move, R for a random poem
More by this author
Kazakların Şuşa uyezdində erməni kəndlərində olan rəftarı və Şuşa ərbabi-hökumətinin belə rəftara etinasız və qeydsiz baxmağı Qafqaz ermənilərini böyük bir həyəcan və qələyanə gətirdi. Arvad, kişi, uşaq, iri dad-haray çəkib mühakimə tələb etdilər. Tələblərində sabit durdular və arzularına çatdılar. İş istintaq olundu. Şuşa uyezd naçalniki ilə bərabər bəzi məmurlar suda verildilər.Kazakların Cavanşir uyezd naçalniki Pivovarov və pristav Şəfi bəy ilə bərabər Cavanşir kəndlərində icra etdiyi zülm və sitəmi müsəlmanlar eşidib bildilər. Heyf – dedilər. Çox pis iş olubdur, gərək elə olmaya idi! Söylədilər və... Bu faciəni nisyan bucağına atıb, işlərinin dalınca getdilər... Şayiələrə görə bu əhvalatı istintaq etmək üçün Cavanşirə məhkəmə məmurları göndərilibdir. Nəticəsi nə olacaqdır? Naçalnik ilə pristavın suda, verilməsi o yanda dursun, qorxuram ki, istintaqdan sonra bu zülm təkrar baş verə...
Ordan-burdan 65Mühüm suallar və əhəmli cavablarS u a l: Biz, nə üçün geridə qalmışıq?
Ordan-burdan 66Deyirlər ki, “Ərdəbil bir şəhərdir – hər kəs də öz vəkili”.Mən Ərdəbildə olmamışam və bunun da nə dərəcədə doğru olubolmadığını bilmirəm. Ancaq iqrar edirəm ki, bu söz doğru isə, Ərdəbil bəxtiyar şəhərlərin biridir. Doğrudan da elə olsun gərək. Bu gün sənin kefin çay içmək və qəlyan çəkmək istəyir, heç kəsin buna sözü olmaz. Bu gün sən gəzməyə çıxmısan – heç kəs deməz ki, nə gəzmək zamanıdır. Bu gün sən günortadan sonra yatmaq istəyirsən – heç kəs sənə bir söz deməz (İranda bundan artıq bir hərəkət yoxdur, zənn edirəm). Amma bizim Bakıda belə deyil. Hər bir işində, hər bir hərəkətində, hər bir durub-oturuşunda, hər bir addımında ehtiyatlı olmalısan və illa, cüzi bir o yan-bu yan görürsən ki, qiyamət qopdu. Nə üçün ayağuvi geri qoydun, nə üçün bu sözü dedin, nə üçün filan elədin və s.
Ordan-burdan 67“Rus təəssübkeş firqələri” öz nəşriyyatları vasitəsilə Qafqazdan şikayət edərək deyirlər: Qafqaz quldurlar ocağı olubdur. Yol ilə ötüb keçmək olmaz, bunun da səbəbi odur ki, Qafqaz əhaliləri vəhşi olduqlarından ədalət və insaniyyətpərvərlik təriqi ilə icra olunan hökmləri anlamadılar. Və hökumətin şən və heysiyyəti onların nəzərində itdi. Buna görə hökumət şədid tədbirlər ittixaz edib, Qafqazı qazaqlarla doldurmalıdır.Afərin təəssübkeşlər! Yaxşı tanıyırsınız Qafqazı... Görünür ki, sizin, hər uçastoku müstəqil və müstəbid bir İran xanlığına döndərən pristavlardan, uryadniklərdən və ədalət və insaniyyətpərvərliyi bazar şirəxanalarında şərab küpünə qərq etmiş məhkəmə məmurlarından və quldur sədası gələndə qarnı ağrayıb, quldur quldurluğunu tamam edənədək postlarda üzü üstə yatıb qalan qazaqlardan xəbərdarlığınız yoxdur!..
Poems by other poets · Satire
Üç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
QorxaqƏhvalımı pozmayındamağım çağ olanda,
Bizləri məfluk edən hər adəti-millətimiziBizləri məfluk edən hər adəti-millətimiziƏcnəbilər daima teyibü təiin eyləyir.
Lazımdır utanmaqSən adət edibsən gecə-gündüz ha qaşınmaq,Lazımdı baxanda sənə odlarına yanmaq,