Ordan-burdan 53
Rus məmləkətində, yaxud Osmanlıdan başqa, qeyri-məmləkətlərdə nəşr olunan qəzetələri adam oxuduqda, qəlbi hüzn, kədər, ələm, yəslə dolub, əhvalı pərişan olur. Qanı xarab olur, canı sıxılır, başı ağrıyır, bir kəlmə, adamın ovqatı təlx olur. Hətta, ürəyi papiros kağızı kimi nazik olan damalardan bəziləri bitab olub, ürəyi getməsin deyə özünü sərin havaya verir. O biri “nervinni” deyilən əsəbi bir mərəzə mübtəla olmaqdan həzər edərək, qəzetə oxumağı tövbə edir və sairə. Amma, Osmanlı qəzetələrində bu nəhusət yoxdur. Odur ki, adam onları oxuduqda ovqatı filanı təlx olmur. Çünki bu qəzetələr vasitəsilə baxıb görür ki, dünya tamam bir sükunət içindədir ki, nə “revolyusiya” var, nə “reaksiya” var, nə “ictimaiyyuni-amiyyun”, nə “inqilabiyyuniamiyyun”, nə “məşrutəyi-amiyyə”, nə “hürriyyəti-milliyə”, nə Rusiya, nə Qafqaz heç zad yoxdur. Aləm digər bir aləmdir. Hər kəs öz işində gücündə... Adam oxuduqca qəlbi “fərəhlənir” bununla da belə “naşükür” yeni türklər Osmanlı senzorlarından şakirdirlər, halbuki onlar, görünür ki, “çox mürüvvətli və insaniyyətpərvər adamlardır”.
Fars şairlərindən birisi taleyin müsəlmanlardan üz döndərib, əyyarlara yardımı olduğunu nəzərə alıb, bədbinalərə mənsub acı bir istehza ilə ruzgardan şikayətə başlayır. Deyir, deyir, axırda taleyə belə bir suval verir:
...Bəs ma betəmaşaye-cəha namədeim?..
İndi görünür ki, taleyin binəva şairə yazığı gəlib, dilbərlərə məxsus bir nazü-hərəkət ilə başını döndərib müsəlmanlara da üzünü göstərməkdədir. Buna dəlil odur ki, indiyədək biz sairlərinə tamaşa edirdik, indi isə əqyar bizə tamaşa etməkdədir. Necə tamaşa etməsin? İki müsəlmanın bir-birini öldürdükdə təşkil etdikləri mənzərə şahani tamaşa deyilmi? Yaxud orada-burada müsəlmanlar tərəfindən “mövqeyi-tamaşaya vəz edilən” qoç döyüşməsi, it boğuşdurması, xoruz vuruşdurması kimi sirk oyunları və bunun sonunda “sirkçilərin” özlərinin vuruşması, boğuşması, toqquşması əhəmiyyətsizmidir zənn edirsiniz?
İndi şair sual etsə ki: “Bəs ma betəmaşaye-cəhan amədeim” cavabında deyərəm ki, xeyr. “Mərdom betəmaşaye şomeə-amədeənd!” Bəli!
Farsca danışdım fars mühafizəkarları xatirimə gəldi. Məzkurlardan birisi mənimlə türk dili xüsusunda söhbət edərək türklərin ərəb dili ilə təbinə müqayir bir tərz ilə istifadə etmələrindən şikayət etdi. Dedi ki: türklərin nə ixtiyarı var ki, “təkəmmül” sözündən “təfaül” babi qayırıb “təkamül” sözü istemal edirlər. Ərəbdə “təkamül” sözü yoxdur! Bu təbiidirmi?
Dedim canım, nə təbii bazlıqdır, ərəbin “təkamül” sözünə ehtiyacı yox idi. Onun üçün də “təkamül” sözü istemal etmirdi. İndi bu sözə ehtiyacı vardır, binaənəleyh istemal da lazımdır.
Mühafizəkar mənimlə müvafiqət etmədi. “Təbii deyil, təbii deyil!” – deyə inadlıq etdi. Dedim: Təbiiliyə qalsa dəmiryol qatarında 10 günlük yolu 2 gündə qət etmək, telefon vasitəsilə görmədiyin adamla danışmaq, bunlar da təbii deyil, eləmi? Heyif, bir qədər duruxdusa da sonra tez: “əlbəttə, əlbəttə!” dedi. Dedim odur ki, İranda dəmiryol, telefon, filan tapılmaz. Və teleqrafın İranda mövcud olmağına siz mühafizəkarlar nə tövr səbr edirsiniz, onu qanmıram.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-53
Use ← → keys to move, R for a random poem
More by this author
Bir şvesarlı ilə bir müsəlmanın söhbətiM ü s ə l m a n. Bircə de görüm, ay şvesarlı, sizin camaatınız da bizim camaatımız kimi adamdırlar, dayna?
Ordan-burdan 107Bir müsəlman ilə bir şvesarlının söhbəti(Keçən nömrənin axır-uxuru)*
“Tərcüman” nə deyir, nə söyləyir?Biz “İrşad”ın keçən nömrələrində yazmışdıq ki, dumanın sağ tərəfi, yəni pruşkeviçlər, şulginlər və sair mühafizəkar və zülmətpəsəndlər dumanı bir “yəhudi yığıncağı” deyə hesab edib, dağıdılmasını arzu etdikləri üçün bu arizuyi-nifrətəngizi hüsulə gətirməkdən ötrü istəyirdilər ki, sol tərəf üzvülərin hərəkati-ifratpərvəranəsindən istifadə edərək, dumanı elə bir hala qoysunlar ki, hökumət tərəfindən dağıdılması naçar olsun. Bunun üçün onlar bir gün surəti-rəsmiyyədə duma əhlinə təklif etdilər ki, bütün duma, Rusiyada davam edən siyasi qətl, cinayətlərə qarşı izhari-nifrət etsin.Bu təklifin nə qədər yersiz olduğunu və bu günə təkliflərin duma vəzifəsinə bir o qədər aid olmadığını biz keçən nüsxələrdə yazmışdıq və onu da demişdik ki, duma sağların bu məsələsinin həllini gələcək günlərə saxlayıbdır. O vaxtdan bəri məlumdur ki, dumanın hər bir fraksiyası bu məsələ barəsində düşünüb, yəqin müəyyən bir fikir hazırlayıb. Burada bizim diqqətimizi artıq cəlb edən o idi ki, görək dumanın müsəlman fraksiyası ki müsəlman ittifaqının mərkəzi komitəsi üzvləri ilə bərabər iş görməyə başlayıbdırlar, bu məsələyə dair nə qərar ittixaz edəcəkdir. Biz bu qərarı, təkrar edirəm, böyük bir diqqət İlə gözləyirdik, çünki məsələ çox “nazik” olduğundan qorxurduq ki, birdən müsəlman fraksiyası əhyana səhv düşüb, özünü “komprometirovat” eylər, yəni bütün həqiqi hürriyyətpərvərlər gözündə etibardan düşməyə məcbur olar. Lakin digər tərəfdən duma üzvlərinin və xüsusilə mərkəzi komitə əzasının sahibi-ittila və bəsarət olduqları bizi bir qədər arxayın edirdi. Gözləndiyi üzrə müsəlman şöbəsi həmin dediyimiz məsələni bu günlərdə müzakirə edib, öz qərardadlarını bəyan etdilər və biz kəmali-xoşnudi və məsərrət ilə bildik ki, bizim duma müsəlman şöbəmiz bu məsələyə dair belə bir layiqli qərardad ittixaz edibdir ki, onun ixtisari budur:
Ordan-burdan 108“Tərcüman” qəzetəsi və barama qurduBütün barama qurdu saxlayan oxucularımıza məlumdur ki, barama qurdu lap əvvəl toxum danələri şəklində olur. Sonra bu danələr dönüb olur qurd, lap axırda da bu qurdlar dönüb olur kəpənək, qurd kəpənəyə oxşamır, kəpənək də qurda.
Poems by other poets · Satire
Şad ol, könül ki, fəsl yenə novbahardır;Hər yerdə bəzmi-eyşü tərəb aşkardır.
BənzətməGöstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,
Bizim arvadEvdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
Lay-layLay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,