Əvvəlinci məclis
Page 2 of 2 · 50%
Bahar. Gərək yeməyəydi. İndi ki yeyib, müqəssirdir.
Mahmud. Adəm?
Bahar. Bəli, elə özü.
Mahmud. Yüz danışsan, taqsır Həvvadadır.
Bahar. Xeyr, Adəmdədir.
Mahmud. Həvvadadır, Həvvadadır, Həvvada, belə bir də üstündən!
Bahar. Mən sənə bu saat sübut edərəm ki, taqsır Adəmdə idi.
Mahmud. Elə görüm.
Ba har. Di qulaq as! O vədə buğda bir uca ağacda bitirdi. Həvva da istədi ki, dərsin, əli çatmadı. Adəmə dedi: gəl ayağımın altında yat, gəldi yatdı. Həvva da onun belinə çıxıb, buğdanı dərdi. İndi başa düşdünmü?
Mahmud. Düşdüm.
Bahar. Taqsır kimdədir?
Mahmud. Kimdədir? (Bir az fikirdən sonra) Həvvada!
Ba har. Necə? Həvvada? Adəm niyə onun ayağının altında yatırdı?
Mahmud. Necə eləyəydi? Əlacı nə idi? Yəqin arvad ağlayıbsıtqayıb, kişi də naəlac qalıb, yatıb ayağının altında.
Bahar. Bəs o nə günün kişisi idi? Qulaq asmayaydı.
Mahmud. Qulaq asmazdı, o da paltarını yumazdı, saqqalına xına qoymazdı, başını bitləməzdi.
Ba har. Bax sabahdan bəri boş-boş söyləyirsən, İndi istəsəydin bir qucaq odun yarmışdın. O qıxmıqlar hər nədi, yığ apar içəri, ocağı qala, qazana da su qoy, as üstünə, gəlim bir az şorba bişirim, di cəld ol!
Mahmud (odunu qucağına yığır). Ay buğda, vay buğda!.. Heç Allah səni yaratmayaydı.
Bahar. Get, daha söylənmə, İndicə deyirdin ki, acından ölürəm. (Mahmud gedir. Bahar cəhrənin yanında oturur.) Qoyasan elə axşamadək özündən gop vurub danışa, iş görməz, güc görməz, elə zoru verir çənəsinə. Deyəndə də tənbəlsən, atını, itini alıqlayır, düşür mənim üstümə. Tənbəl olmasa, əvəzi yoxdur. Heç indiyədək bir dəfə mənim üstümə əl qalxızmayıb. Özgə kişilər övrətlərini gündə bir döyürlər, amma bu mənə heç bir çırtma da vurmur.
Mahmud (qayıdır). Suyu asdım, di buyur yenə yavan şorbanı bişir, yeyim, iki gün boğazımda qaynasın.
Bahar. Aldatdım, hay aldatdım! Sən heç mənim qədrimi bilmə, bircə xurcunu aç bax gör içində nə var?
Mahmud (xurcunu açıb baxır). Arvad deyəsən, ət alıbsan?
Bahar. Bəs necə? Ət almışam, yağımız da var, İndi durub plov bişirəcəyəm. Elə sən deginən Bahar pis arvaddır.
Mahmud. Bax, İndi sənə yaxşı arvad deyərəm. İndi görürəm ki, məni istəyirmişsən. Bilirəm, bazarda deyibsən ki, kişinin yavan şorba yeməkdən qarnında şorba ağacı bitib. Qoy bir az ət alım aparım, ona plov bişirim. Belədirmi, Bahar?
Bahar. Mən yaxşı arvadam, amma sən pis kişisən, mənə acığın tutur, üstümə çığırırsan.
Mahmud. Vallah, mənim sənə acığım tutmur, mənim acığım Adəmə tutur. Axır o, niyə arvada yepələk olurdu? Allahın altında onun yerinə mən olaydım!
Bahar. Bəli, demək olmaz, dağı dağ üstünə qoyardın! Nə olsun, mən də Həvvanın yerinə olsaydım, heç buğdaya gözümün qulağı ilə də baxmazdım.
Mahmud. Yəni inanım?
Bahar. Niyə inanmırsan? Adama deyirlər: əlini vurma – vurma, yemə – yemə!
Mahmud. Bəlkə ürəyin istədi, onda necə?
Bahar. Cəhənnəmə istəsin, gora istəsin. Nəfsinə tət deyib səbr elərsən.
Mahmud. Yəni səbr elərsən?
Bahar. Əlbəttə elərəm.
Mahmud. Elə ömrün olanı səbr elərdin?
Bahar. Ömür olanı, daha da artıq.
Qasımbəy (daxil olur). Xoş gördük, əzizlərim!
Bahar üzünü örtüb, divara qısılır.
Mahmud (baş əyir). Ağa! Sən bizim bu kasıb komamıza xoş gəlibsən! Evimiz, eşiyimiz hamısı sənə Qurban! (Övrətinə). Ay arvad, divara niyə qısılırsan? Öz ağamızdır, yad adam deyil. Get içəridən bir təmiz döşək gətir, bəy otursun.
Qasımbəy. Lazım deyil, oturmayacağam, burada gəzirdim, sizing söhbətinizi eşidib gəldim. Siz bilirsiniz ki, mənim çoxlu dövlətim var, özümün də varisim yoxdur. Sizin söhbətiniz mənə çox xoş gəldi, ona görə istəyirəm sizi bir az xoşbəxt eləyim, öz dövlətimin, mülkümün yarısını sizə verim. Mən gedirəm, bir saat bundan sonra siz ikiniz də gərək mənim evimdə olasınız. Salamat qalın.
Mahmud. Ağa! Biz nəkarəyik...
Qasımbəy (gedə-gedə). Artıq söz lazım deyil. Bir saatdan sonra mən sizi öz evimdə gözləyəcəyəm...
Qasım bəy gedir. Mahmud və Bahar baş əyə-əyə aparıb ötürüb, ikisi də mütəhəyyir
qayıdırlar.
Mahmud. B a h a r!
Bahar. Nədir, M a h m u d?
Mahmud. Bu nə işdi?
Bahar. M a h m u d!
Mahmud. Nədir, B a h a r?
Bahar. Bu nə işdi?
Mahmud. Ağlın nə kəsir?
Bahar. Kimin? Mənim?
Mahmud. Hə, sənin.
Bahar. Mənim ağlım heç zad kəsmir. Bəs sənin ağlın nə kəsir?
Mahmud. Kimin? Mənim?
Bahar. Hə, sənin.
Mahmud. Mənim də ağlım heç zad kəsmir.
Bahar. İndi nə deyirsən? Gedək?
Mahmud. Bəs ağamız buyurandan sonra nə qayıracağıq? Tez ol yığış, gedək.
Bahar. Di onda mən cəhrəni, xurcunu qoyum içəri, qapını bağlayım gedək. (Bahar cəhrəni, xurcunu götürür. Mahmud da odunları qucağına yığıb, onun dalınca gedir). A kişi, balta qaldı. Görünür ağlın başından çıxıb. Baltanı burada qoyub, odunu niyə içəri aparırsan? (Mahmud qayıdıb baltanı götürür.) Odun nəyə lazımdır? Tök yerə.
Mahmud. Yox arvad, elə demə. Bəy sözünə bel bağlamaq olmaz, bəlkə birdən saldılar eşiyə, yenə hər nədir odundur, əmələ gələr. Hər ikisi içəri girib şeyləri qoyurlar. Arvad çarşabını götürür, çıxırlar.
Bahar. İndi deyirsən gedək?
Mahmud. Bəs nədir, gedək.
Bahar. Nə deyirəm, gedək deyirsən, gedək.
Gedirlər.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-kimdir-muqessir-evvelinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Əhvalat vaqe olur Məşədi Qulamın evində. Məşədi Qulam əyləşib, əlində*çotgə, hesab çəkir. Mirzə Yusif, əlində kitab, durub.*
İkinci şəkilVaqe olur Nataşanın otağında. Məşədi Qulam əyləşib başında araqçın. Nataşa qolunu*onun boynuna salıb, şərab verir.*
Pəri caduBeş məclisdə altı pərdədəƏfradi-məclis
Əvvəlinci məclisVaqe olur böyük bir meşədə, sübh vaxtıdır, iki əcinnə odun yığır.*Birinciəcinnə**. Ha, ha, ha!.. Yadıma bir yaxşı nağıl düşdü, gəl sənə deyim.
Poems by other poets
Gözəllərə bağlayıram dastanı,Bir mələyin eşqi canı yandırır.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
A yaz aylarıBaşladı novbahar, çəmən seyrinə,Çıxıbdı gözəllər, ay yaz ayları.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,