Müqəddimə əvəzinə
Qədim yunan mühərrirləri hər bir yazdıqları kitabı doqquz nəfər “muza” deyilən sənaye-nəfisə allahlarının birinin, yainki hamısının adı ilə başlardılar. Miladdan 322-332 il qabaq Iskəndəri-Rumi tamam Iran zəmini təsxir edib yunana mülhəq etdi. Iran neçə yüz il daha ondan sonra yunan mədəniyyəti nüfuzundan çıxa bilməyib ədəbiyyat şivələrində həmçinin yunan şivələrinə təqlid etdilər. Odur ki, hər bir fars kitabını ki, açırsan, əvvəlcə oxuduğumuz “həmdi-bihədd və sənayi-biədəd”dir, “əvvəli dəftər bənami-eyzədi-dana”... “və namixudavəndi-canafərin”... və habelə, hamısı bu qəbildən...
Biz də Iran nüfuzu təhtində, şairlər demişkən, nəşvünüma tapdığımızdan
bu işvədən əl çəkə bilməyib, hekayələrimizi Iran səpkisində başlayıraq. Oxucular əfv etsinlər, “Tərki-adət bu mövcibi-mərəzəst!” Xülasə... həmdibihədd və sənayi-biədəd bir yaradıcıya məxsusdur ki, dünyada insanı xəlq edib və ona danışmaq üçün dil, görmək üçün göz, eşitmək üçün qulaq, fikir etmək üçün baş, işləmək üçün əl və ayaq əta edibdir.
Həmdi-bihədd və sənaye-biədəd bir pərvərdigarə olsun ki, dünyanı mənim marallarım ilə doldurub: başları Hacıtərxan qarpızı, içi nə ilə dolu?
Qarpız yeyib sancı tutan şair bu xüsusda gözəl bir fərd demiş:
“Qırxıq başın şəbahəti var çünki qarpıza,
Oldur ki, həp içi dolu fisqü-fəsaddır”.
Qulaqlar hər biri bir qarış, yaranıblar eşitməyə. Amma nə? Mərsiyə, qəsidə, mütrüb nəğməsi, Seyid Məhəmməd moizəsi, udəba təkfiri... hər biri bir çatdaq boyda gözlər... Necə gözlər? Dünyada heç bir şey görməyən, İki xalvar xörək tutan qarınları, sinə vuran, zəncir vuran, xəncər tutan əlləri, gecələr sübhədək ləhvü-ləəbə gedən ayaqları; evlərdə gözləri yolda, əlləri qoltuqda qalan arvadları.
M.Ə.Sabirindir
Şükür olsun Allaha, yer üzündə mənim marallarımın hesabı üç yüz milyona çatıb. Gedərsən Irana, Hİndistana, Türküstana, Ərəbistana, Buxaraya, Əfqanıstana, Irəvana, Naxçıvana, Qarabağa, Lənkərana, Salyana, Bakıya, Batuma, Dərbəndə, Dağıstana... hər yer mənim marallarım ilə doludur. Gözəl marallarım, göyçək marallarım. Hər biri bir can marallarım, hacı marallarım, kərbəlayı marallarım, məşədi marallarım,molla, rövzəxan, bəy-xan marallarım. Keçəl marallarım, qotur, bitli marallarım. Başları qapazlı, üzləri tüpürcəkli marallarım. Bu marallarımın xüsusunda bir neçə hekayə yazmaq niyyətinə düşüb, qarelərdən qüsuratımın əfvini rica edirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-muqeddime-evezine
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur həmin evdə, ancaq döşənib çox sadə. Hacı Mehdinin ikinci arvadı Güllü*oturub tikiş tikir, öz-özünə danışır.*
Yoldaş KoroğluƏsər doqquz şəkildəƏşxas
Birinci şəkilKor İsrafilin evinin qabağında Şərəf və oğlu İmran əyləşmişlər. Gün batmağa meyl edir.*İmran**. Ana, axı mən acam, səhərdən ağzıma bir tikə çörək almamışam.
İkinci şəkilHacı Bayramın evinin qabağı. Hacı Bayram çarpayı üzərində döşəkcə üstündə əy-*ləşmiş, yanında Molla Vəli. Qarşısında Salman və Mahmud ayaq üstündə durmuşlar. Molla*
Poems by other poets
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.