Üçüncü şəkil
Həmin həyət. Güldəstə çarpayının üstündə məyus əyləşmiş, o yan-bu yana
baxır. Salman və Rəhim, dallarında odun şələləri, daxil olurlar.
Rəhim. A hacı qızı, niyə bikef oturubsan?
Güldəstə. Nə eləyim, atamdan nigaranam.
Rəhim. Biz gedəndə atan evdə idi. Necə oldu?
Güldəstə. M a h m u d gəldi, xəbər gətirdi ki, Qaraqullar kəndinin camaatı bəyin evini tökülüb dağıdırlar. Rüstəm bəy də nökərləri ilə mehtərliyə girib rəiyyəti ilə atışır. Atam eşitcək atını minib çapdı. Qorxuram atamı öldürərlər.
Rəhim. Qorxma, heç zad olmaz. Atan tək getdi?
Güldəstə. Yox, M a h m u d da onunla getdi.
Salman. R ə h i m qardaş, deyəsən Bakıda təzə hökumət dikəlib. Müsavat yıxıldı. Biz bunu bir həftə bundan sonra gözləyirdik. Çox tez oldu. Yaşasın yoldaşlar.
Rəhim. Necə yoldaşlar?
Salman. Şura hökumətində böyük-kiçik yoxdur, hamı yoldaşdır. Bundan sonra mən də sənə yoldaş Rəhim deyəcəyəm.
Rəhim. Mən də sənə yoldaş Salman.
Salman. Yox, Mahmud mənə ad qoydu: Koroğlu. O mənim atamın korluğuna sataşdı. Amma ad mənim çox xoşuma gəldi.
Rəhim. Yaxşı, yoldaş Koroğlu.
Güldəstə. Ay Rəhim, nə söyləyirsiniz, təzə dil danışırsınız?
Rəhim. Təzə dildir. Bir azdan sonra sən də öyrənərsən. Buraya bax, ay Güldəstə, axı sən bir yaxşı qızsan. Sən atanın canı, bir az bizə atan yeyən çörəkdən gətir yeyək, acından ölürük. Mən yenə öyrənmiş canam, bu yazıq Koroğlunun işi lap xarabdır. Mahmud verdiyi arpalı çörək ilişib boğazında qalır.
Güldəstə. Yaxşı, bu saat gedim gətirim.
Rəhim. Səni görüm boya-başa çıxasan, çörəyin üstünə bir az yavanlıq da qoy.
Güldəstə. Yaxşı. Nəmi bağlı olmasa yavanlıq da gətirərəm. (Gedir.)
Rəhim. Bilirsənmi, yoldaş Koroğlu, bu necə yaxşı qızdır! Heç atasına oxşamayıb. Bu olmasa biz burada acından qırılarıq. Məlun oğlu məlun Hacı Bayram bizə arpalı çörəklə ayran dovğasından başqa bir şey vermir. Hacı Bayramdan bədtər də onun sağ əli Mahmuddur. Ağanın malı gedir, muzdurun canı. Bizə, düşəndə, bir qırıq ət veriləndə gözü çıxır.
Güldəstə (içəridən çıxır). Ala, yeyin, bu çörək, bu da yağ-şor. Atam karıxdığından nəminin qapısını açıq qoyub gedibdir.
Rəhim. Ver buraya. Bəxtimiz kəsib. Al, Koroğlu, Güldəstənin dövlətindən doyunca yeyək.
Güldəstə (Salmana). Sənin adın Koroğludur?
Salman. Yox, Salmandır. Mahmud dayı mənim adımı Koroğlu qoydu. Mən, kor İsrafil kişinin oğluyam. Amma bu ad mənim xoşuma gəldi. Istəyirəm elə bundan sonra hamı mənə Koroğlu desin.
Güldəstə. Mən də Koroğlu deyim?
S a lma n. Elə hamı desin.
Güldəstə. Yaxşı. (Gedir.)
Rəhim (Salmana). Di gəl otur çörək yeyək. Çarpayının üstündə qabaqqarşı əyləşib çörək yeyirlər.
Sal ma n. Ye, yoldaş, öz malın kimi ye.
Rəhim. Əlbəttə, öz malımdır.
Sal ma n. Ay Rəhim, belim belə pis ağrıyır ki.
Rəhim. Odun şələsindən belinə ağırlıq düşüb.
Sal ma n. Ziyanı yoxdur. Bu gün mənim belim ağrıyar, sabah da başqalarının. Yaşasın Şura hökuməti!
Rəhim. Yaşasın Şura hökuməti!
Sal ma n. Rəhim, sevindiyimdən çörək yeyə bilmirəm. Gəl bir öpüşək.
Rəhim. Gəl!
Öpüşürlər.
Molla Vəli (müztərib halda daxil olur). Rəhim, Hacı Bayram evdədir?
Rəhim. Hacı Qaraqullara getdi.
Molla Vəli. M a h m u d haradadır?
Rəhim. O da onunla getdi. Molla əmi, buyur çörək yeyək.
Molla Vəli. Rəhmətlik uşağı, çörək nədir?! Mollanın yadından çörək də çıxıb, su da çıxıb. Qaraqullardan gələn atlı nə danışıbsa, kəndin camaatı bir-birinə qarışıb, budur, hamısı buraya gəlir.
Camaat cavan, qoca yavaş-yavaş səhnəyə gəlirlər.
Birincikəndli (əllərini ölçərək və o yan-bu yana baxaraq). Qardaşlar, kişilər doğru danışırlar. Nə səbəbə biz işləyək, bəylər, xanlar, hacılar yeyib kökəlsinlər? Onlar da bizim kimi adam deyillərmi? İşləsinlər, əllərinin əməyini yesinlər. Nə deyirsiniz, qardaşlar?
Birneçəsəs. Doğrudur, doğrudur, belədir ki var.
Molla Vəli. Camaat, bir qədər sakit olun. (Hamı sakit olur.) O Qaraqullardan gələn oğlan buradadırmı?
Oğlan (yeriyir irəli). Bəli, buradayam.
Molla Vəli. Söylə görək bu nə xəbərdir gətiribsən?
Oğlan. Bizim kəndlilərdən birisi neçə il idi getmişdi Bakıya. Orada neft mədənlərində işləyirdi. O, bu səhər Bakıdan gəlib xəbər gətirdi ki, Bakıda təzə hökumət quruldu. Deyir: pristavları, qalabəyini, qubernatı – hamısını tutub Dustaq elədilər. Varlıların, tacirlərin, mülk sahiblərinin var-yoxlarını siyahıya vurub əllərindən alıblar. Camaata, fəqir-füqəraya, işçilərə paylaşdıracaqlar. Bu xəbəri eşidən tək camaat töküldü Rüstəm bəyin evinin üstünə. Dedilər, bəyin hər nə maldövləti var əlindən alıb camaata paylaşdıracağıq. Bəy də mehtərliyə girib onlarla atışır. Məni buraya göndərib dedi, get, Hacı Bayrama xəbər ver, başının çarəsini qılsın, bir belə gün də onun var.
Birincikəndli. Belədir ki var. Hacı Bayram İndiyədək bu camaatın qanını soyubdur. Bu dörd oymaqda bir nəfər varmı ki, ona borclu olmasın? Nə qədər pul verirlər müamiləsinin altından çıxa bilmirlər. Burada bir Hacı Bayram deyil, ondan savayı da neçə hampa var. Hamısı gərək cəzalarına çatsınlar.
İkincikəndli. Məsələn, Hacı Novruz.
Üçüncükəndli. Xədicə oğlu Məşədi Əhməd.
Dördüncükəndli. Cəbrayıl oğlu Kərbəlayı Allahverdi.
Molla Vəli. Camaat, bir sakit olun. (Hamı sakit olur.) Siz Allah, peyğəmbərə, şəriətə inanırsınız, ya yox? Xudavəndi-aləm göydən Quran göndərib və onun peyğəmbərləri də bizə şəriət qoyub gediblər. Bizim hamımızın başı o şəriətə bağlıdır. Hər şəxsin ruzisini Allah özü verir. Bəzi şəxslərə xudavəndi-aləm məsləhət bilib çox ruzi verir, bəzilərinə az. Bu hamısı onun öz qüdrət əlindədir. Özgənin malına qəsd edən cəhənnəmin odunu bu dünyada özü üçün satın alır. Hacı Bayramın da, Hacı Novruzun da və o birilərinin də dövləti Allah tərəfindən verilmiş və onlara qəsd edənlər kafirlərlə bir yerdə qiyamətə gedəcəklər. Bakıdan gələn oğlanın söylədiyi yalandır, belə yalanlara inanıb, dininizi, imanınızı əldən verməyin.
Birincikəndli (yanındakına). Gör necə ağzından od tökür! Görünür cibinə ziyandır.
İkincikəndli. Əlbəttə, cibinə ziyandır. Onun göbəyinin piyi hacıların plovundan deyilmi?
Molla Vəli (Qaraqullardan gələnə). Oğlan, o Bakıdan gələn, təzə hökumətdən daha nə söyləyir? Bu yenə padşah hökumətidir, ya başqa bir şeydir?
Oğlan. Xeyr, axund, bu hökumətə Şura hökuməti deyirlər. (Camaat arasında səslər: Şura hökuməti, Şura hökuməti!) Bu hökumətin qoşunu da, nun sözünə görə, padşah qoşununa bənzəmir. Deyir: saldatlar böyüklərinə və böyüklər saldatlara yoldaş deyirlər. Deyir: bu saat Bakıda hamı bir-birinə yoldaş deyir. Saldatların başlarında şapka yoxdur, papaqları əzgil çeşnisindədir və alınlarında da beşguşəli ulduz var.
Molla Vəli. Sədəqə ya rəsulallah, sədəqə ya rəsulallah! Həzərat, hədisdə buyururlar ki, bir zaman gələcək, camaat dindən, imandan, ruhanilərdən uzaqlaşacaq. O zaman dəccal zühur edəcək və xalq dini, imanı unudub onun dalınca gedəcək. Yazırlar ki, dəccalın qoşunlarının alınlarında bircə gözləri olacaq. Bu haman beşguşəli ulduzdur ki, buyurublar və illahi insan bir gözlü olmaz. Amandır, camaat, dini, məzhəbi, imanı unudub bu dəccal qoşunun dalına düşməyin. Sonra peşmanlıq yerini almaz.
Camaatarasındasəs. Mirzə Həsən gəlir! Mirzə Həsən gəlir! Görək bu işə o nə deyəcək.
Mirzə Həsən (daxil olub, çıxır çarpayının üstünə). Camaat! Bakıdan işçi-kəndli hökumətinin qurulmasının xəbəri bu gün buraya da çatdı. Mən eşitdim ki, siz Qaraqullar xalqı kimi ağlınızı uduzub, buradakı varlıların evlərini, mallarını talan eləmək istəyirsiniz. Qaraqullar böyük səhv eləyiblər, onlar öz əlləri ilə öz mallarını dağıdırlar. Doğrudur, təzə hökumətin qanuna görə varlıların əllərindəki dövlət, mal gərək camaata verilsin, amma bu da qol zoru ilə, gücnən, güclükdə olmaz, qanun üzrə olar. Zorla ev dağıtmağı, mal dağıtmağa heç bir hökumət qəbul etməz, xüsusən, Şura hökuməti. Gedin, sakit əyləşin evlərinizdə. Bu günlərdə hökumət tərəfindən adamlar gəlib, necə ki lazımdır tədbirlər edərlər və qanun üzrə də varlıların əllərindəki maləmlakı camaat ixtiyarına verərlər.
Birincikəndli. Sağ olsun Mirzə Həsən! Ağıllı söz deyir. Camaat, dağılın gedək evlərimizə.
Mirzə Həsən. Ancaq gözətçi qoymalısınız ki, Hacı Bayram və o biri hampalar kənara mal qaçırmasınlar. Burada bir neçə adam təyin etməlisiniz.
Birincikəndli. Biz sənə inanırıq, hər kəsi sən təyin etsən, biz razıyıq.
Mirzə Həsən. Çox yaxşı. Biri Səfi, biri Səfər oğlu Cabbar, biri
Dünyamalı, biri Şeyxalı, biri Rəhim, biri də İsrafil oğlu Salman, hamınızdan yoxsul Salman olduğundan, onu seçilənlərə başçı təyin eləyirəm.
Səslər. Razıyıq, razıyıq!
Rəhim. Mirzə Həsən, burada Salmanın adını dəyişib Koroğlu qoyublar.
Salman. Mənə bundan sonra hamı Koroğlu desin
Mirzə Həsən. Yaxşı, sənin adın oldu Koroğlu. Ümidvaram ki, Şura hökumətinin yolunda Koroğlu kimi hünər göstərəcəksən.
Salman. Mən Şura hökumətinin yolunda hər dəqiqə ölməyə hazıram.
Birincikəndli. Ay sağ ol, Koroğlu!
Mirzə Həsən. Di dağılın, gedin evlərinizə. Seçilən adamlar da işlərində olsunlar.
Salman (Mirzə Həsənə). Mirzə, camaata bir sözüm var.
Mirzə Həsən. Çıx buraya, mənim yanıma. Bu sənin birinci çıxışın olsun.
Salman (çıxır çarpayının üstünə). Camaat! Sizin aranızda Molla Vəli kimi ara qarışdİranlar var. Hampaların uşaqları, həmçinin oğru, dələduzlar var ki, ara qarışdırıb, ciblərini doldurmağa çalışacaqlar. Ona görə kəndin sakitliyini gərək kəndin cavanları öhdələrinə götürsünlər.
Bircavanoğlan. Mən hamı kənd cavanları tərəfindən söz verirəm ki, kənddə necə ki lazımdır, rahat və farağatlıq gözləniləcək.
Salman. Sağ ol, yoldaş. Əlavə, hampaların nökərləri, rəncbərləri, çobanları, naxırçıları və bağbanları bilsinlər ki, onlar hamısı zəhmətkeşlər balalarıdırlar və qoruduqları mal, dövlət camaatın malıdır. Gərək bir qoyunun, bir quzunun, bir qaramalın tələf olmasına yol verməsinlər.
Səslər. Sağ ol, Koroğlu, sağ ol!
Salman. Di gedin evinizə, rahat oturun. Seçilənlər qalsın burada, danışıb məsləhətləşək. Mirzə Həsən də bizimlə qalsın.
Mirzə Həsən. Xub, qalaram.
Camaat dağılır.
Molla Vəli (dalca, əllərini yuxarı qovzamış gedir). Xudaya, pərvərdigara, dindən, imandan uzaqlaşmış bəndələrini özün haqq yola dəlalət elə.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-yoldas-koroglu-ucuncu-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
Faciə dörd məclisdə, beş pərdədəİştirak edənlər
Birinci məclisNəcəf bəyin evində gözəl fərşlərlə döşənmiş bir otaq. Fərşdən əlavə sandal və kürsülər*də qoyulub.*
İkinci məclisPərdə ahəstə qalxır. Nümayan olur Sona xanımın otağı. Otağın üç qapısı var:bir sağdan,*biri soldan və biri müqabildən. Sağ tərəfdə pəncərənin qabağında bir sandalya qoyulub. Sona*
Üçüncü məclis, birinci pərdəŞəhər kənarında bir seyrəngah. Uzaqda uca dağlar görünür. Göy təpənin altından bulaq*axır. Süleyman bəy çərkəzi libasında, iki nəfər yoldaşları ilə əllərində samavar, dəsmala*
Poems by other poets
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
MənəmMüşkül işə düşəndə çağırram səni,Yetiş fəryadıma ya İsa mənəm
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır