IGəldi astanadan ayaq səsləri,hamı kiridi.O silib alnından süzülən təri,içəri girdi.Fəhlə salam verib qoca cərraha,sakitcə durdu.Ümidlə, səbirlə susdu bir daha,ürəyi vurdu.Əyni ağ xalatlı cavan həkimlər.ayağa qalxdı.O isə üzündə, gözündə kədər,cərraha baxdı...Onlar baxışdılar dərdlilər kimi,dil tərpənmədi.Bu qoca cərrahı, qoca həkimi,susduran nədir?Bir cavab gözləyir səbirsiz ürəküzüb özünü.Cərrah çox düşündü, düşündü, gərəkdeyəm düzünü...Əyilməz olsa da ondakı vüqar,titrədi səsi:– Dostum, ürəyində sənin qəlpə var, –mina qəlpəsi!– Demə! Aman həkim, çoxaldı qəmim,dərd məni sardı.Demək keçən hərbin sinəmdə mənimqəlpəsi vardı?!Sükutun şüşəsi parçalanaraqyerə töküldü.

Bu məğrur insanın yaşından qabaqbeli büküldü...Xəstə düşündü ki, izləyir onuölüm hər saat.Xəstə düşündü ki, gözləyir onuson əməliyyat.

IIXəstə fikrə getdi, ağır bir fikrə,xəyala daldı.Keçən döyüşləri o, birdən-birəyadına saldı......Berlinə az qalıb, şığıyır tanklar,düşmən çəkilir.Havada zəhmli təyyarələr var,mərmi tökülür.Mina düşən yerlər çala-çuxurdu,torpaq yaralı.Özü də bilmədi nə vaxt yıxıldı.yoldan aralı...Arxa məntəqədə, bir ağ çadırdakəsildi qanı.Qəlpə tapılmadı... cərrah axırdatikdi yaranı.

IIIGedir əməliyyat... Bir ürək üstəmin ürək yanır.Elə bil ömrünü tərk edir xəstə,qəlbi dayanır.Lərzəyə gətirib bütün dünyanıhərbin dəhşəti.Cərrah! Ürəklə yar, düşün insanı –bəşəriyyəti...Cərrah! Mən yazdıqca bu misralarıəllərim əsir.Təhlükə altından çıxaydı barı,iyirminci əsr...– Dünyanı atomun təhlükəsindənhifz edən hər kəs, –Qürurla söyləyir: anamız Vətənməhv ola bilməz!...Yardıqca inamla düşünür cərrah,xoş gələcəyi,Şəfalı əllərə gətirir pənah,əsrin ürəyi!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets