Rast gəldik şükr gördüm cəmalın,Məhşərə qaldı divanım ƏsliMən bilirəm səni mənə verməzlər,Ağ məmənin dağına dolanım Əsli

Dünyanın dövləti gəlməz eyninə,O qulac qolun dola boynumaGirgilən Kərəm qıl gəlib qoynuma,Aralıqda çoxdu peymanım Əsli

Mən Kərəməm neyləmişəm bilmərəm,Qara bağrım xəncər ilə dilərəmBir canım var sənə qurban eylərəm,Qurbandır başına bu canım Əsli

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets