I

Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

– Allah qoysa, onların istədiyi baş tutmaz!..

Surxayın yaxın yoldaşlarından Qambay, ərzaq üçün kəndə gedib-gələndə, yeni bir xəbər də gətirdi, Şirmayının ağır xəstələndiyini Surxaya bildirdi.

Qambay qəmli bir səslə:

– Surxay! Şirmayı yazıqdır, ona bir əlac! – dedi, – sən olmasan da biz keçinərik.

Surxay bu sözləri istehzalı bir təbəssümlə qarşıladı, onun yumru yanaqları qızardı, yoldaşına cavab vermədi. Onun fikrincə Qambay çox yersiz bir təklifdə bulunurdu.

Cəbhə, hər dəqiqə, cəhənnəm kimi alovlar içində qaynayır, qara torpaq dəhşətlə havaya sovrulur. Sınıq körpünün şimalında səmaya yüksəlmiş qayalardan qopan daş parçaları ətrafa səpələnir, Şamaxı zəlzələsini xatırladırdı.

Surxay bu ağır xəbəri eşidəndən sonra da, qarşısındakı müdhiş mənzərəyə biganə qalmayır, hətta bəzən qəlbinə çox ağır təsir edən bu hadisəni unudurdu.

Buradakıların heç biri öz canından qorxmur, bəziləri ev-eşik əldən getməsin deyə zəhərli güllələrə köks gərirdilər. Ancaq Surxay bizim düşündüyümüz kimi ev-eşik sahibi deyildi. Onun yer altında, gün görməyən, bir qazma daxması, iki də xeyirsiz heyvanı vardı. Vuruşmada o yalnız Şirmayını itirə bilərdi. Nədənsə bu da, Surxayın inadını qırmırdı.


Bu tərəflərdə sığınacaq möhkəm bir yer yoxdu, körpüdən keçmək də xeyli çətindi. Dəstə başçısı “irəli!” əmrini verərkən, partizanlar köhnə arxın qırağında örüklənmiş atlarını mindilər.

Axşam qaranlığı qızıl partizanların yerləşdiyi dərəni öz ağuşunda ovundurmağa başladığı zaman, dəstə, Xıram çayının o tayına keçdi.

Dərədə çayın boğunuq uğultusundan başqa bir səs eşidilmirdi.

II

Günəş yenicə parıldamağa başlayanda, bir dəstə adam cənazə ilə qəbiristana doğru gedirdi.

Hamı kədərli idi. Hamının gözü bahar buludunu xatırladırdı. Hamı ağlayır, bu hadisəni bir qardaş, bir ana qəlbilə hiss edirdi.

– Oğlum, bu kimdir? – deyə yolun kənarında əli qoynunda durmuş dərdli bir qarı hamıdan sonra gedən bir nəfərdən soruşdu.

O dayandı, udqunaraq cavab verdi:

– Şirmayıdır...

III

Bu zaman cəbhədə böyük bir dəyişiklik oldu: Qızıl ordu cəbhəni yardı, partizanlar kəndə qaytarıldı. İki yüz nəfərlik dəstədən üç adam yaralandı, biri isə həyata vida etdi.

Onlar şenliyə döndülər. Ölən yoldaşı qəbiristana apardılar. Başqalarına nisbətən daha inadlı döyüşən bir fədakarın ölüm xəbəri ətraf kəndlərə də yayıldı. Bu adamı, səhər basdırılan Şirmayı ilə yanaşı qara torpağa tapşırdılar.

1929 — noyabr, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Axtaran tapar...

Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzəyən günlərin sayını-hesabını itirmişdim. Məzmunsuz və faydasız keçən günlər deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adi sözümüzə və hərəkətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının bildiyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağa düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdənsə həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiyə pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...

40 min
Ağır günlərin sonu

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.

22 min
Birinci fəsil

1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

1 h 10 min
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

1 h 5 min

Poems by other poets