Deyir
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Zal-u-Rüstəm tab qılmaz, sovyah kimdir qəhrəman,Rüz-i-meydani-cəng cuyəm, şiri-dövranam deyir
İrtikabi ləhv-ü-ləbə, mərifətdən bixəbər,Çirki-dünya cəm qılmış mir-ü-sultanam deyir
Kizb ilə qeybət dilində zay eylər məzhəbin,Sövm yox qılmaz səlatı, mən müsəlmanam deyir
Bəz hüsni-zən içində laf urub eylər cəfa,Nan bilər, mənanı bilməz, bəhri-ürfanam deyir
Kəndi nəfsi üçün oxudur, geyinir salus tək,İlminə qılmaz əməl, alim-ü-insanam deyir
Rəğbəti şübhə-həramə, rüşvəti pünhan dutar,Satıban dinin dinara əhli-imanam deyir
Nəqd ömrin əkl-ü-şürbə, xəft-ü-xizə sərf edir,Ruz-u-şəb dərgahi-haqqda bəndeyi-fərmanam deyir
Bu Məlali xaki-payi-fəqr-ü-qəm viranəsi,İntizari-dari-üqba bunda mehmanam deyir
Kitabxana.az · https://kitabxana.az/en/works/melali-el-sairi-deyir
Poems by other poets
Qoymadi rahət olum bir dəm dili-şeyda məni,Eytədi axir fəzayä-eşqdə rüsva məni.
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
QayıtdıBir Sona sallandı çıxdı xanadan,Süzdü, oylağına dəydi, qayıtdı.
Səriyyənin ölümüMən görmədim, söyləyirlər bir gecənin sonundaSənə qıyan mərhəmətsiz, soyuq bir əl qudurdu.