Şairlər, sözləri buxovlamayın,Gəlin yığışdıraq qafiyələri!Təzə fikirlərə yaxın qoymayınÜzülmüş, süzülmüş qiyafələri.

Nə qədər çaydaşı çaylağı ovsun?Çay bezər – sel təzə daş gətirməsə.Bəlkə ovçuluqdan doyar da ovçuHərdən torbasını boş gətirməsə.

Məlum qafiyələr əkiztay quzu;Kərəsi, kürəsi, təpəli birdir.Şığıyıb birini apardı quzğun...Hansını?.. Çobanın özü də bilmir.

Sürtük qafiyəni min qələm yonub,Ələnib, sovrulub bitli dən kimi.

Bəzisi dalında gizlənir onun,Qurd kəsək dalında gizlənən kimi.

Gəlin, cındırından sap çəksin hərə,Tapaq bu sözlərə ayrı bir peşə;Bəlkə biz onları yığıb bir yerəYollayaq Xaqani, iyirmi beşə?

Yüyürək özümüz onlardan qabaqKöhnə qafiyələr muzeyi açaq.Onda söykənəcək «ürək» «dirəyə»,Onda yapışacaq «gərək» «görəyə».

Onda sığınacaq «yovşan» «dovşana»,«Yalançı», «plançı» dirsək-dirsəyə,«Talançı», «palançı» kürək-kürəyə.Özünü axtarar «axur», «naxır da»,Onlara qoşulmaq istər «paxır» da,Sonuncu qafiyə «və ilaxır» da...

Gözlər torlananda, çənə əsəndəGəlin çaş salmayaq sözlə əsanı.Şairlər, bu «can-can» çeynəməsindənCanını qurtaraq «Azərbaycanın...»

Daş əzdi, qum sıxdı – yağ alınmadı:Heybəli, xurcunlu, çarıqlı şerim.Nə qədər çalışdın «ağ» alınmadı,Köhnə qafiyəsiz darıxdı şerim...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets