«Nişançı özümüz, hədəf özümüz...»
Böyük Sabir demişkən...
Qorxum yox heç nədən, qorxum var haqdan,Qorxuram haqq bizə arxa çevirə;Xalq öz qəzəbini gizlədə xalqdan,Xalq öz qəzəbini xalqa çevirə,Biz niyə bu günə düşdük, ay dədə?!
Bəs hanı yurddaşlar atası ölkəm?Biz gümüş dənizlər sahili idik!Sözümüz var idi ötkəmdən ötkəm,Biz qızıl taxtı-tac sahibi idik!Biz niyə bu günə düşdük, ay dədə?!
Gülşəni pay umur bir gül əkməyən,Belə dünyagirə dünya az olar.Ömründə ayağı yerə dəyməyənYer gəzir, yer qura, yerlibaz ola,Biz niyə bu günə düşdük, ay dədə?!
Tamah var – daşkəsən mişardan iti,Gödən var – bir qara yarğandan dərin.Doğru da, yalan da bir şumda bitir,Əlası tez solur yaxşı güllərin,Biz niyə bu günə düşdük, ay dədə?!
Duru göyümüzə kim kül atdı, kim?Kim haqqa uzanan əlləri kəsdi?Babalar qəbrinə baş əyib deyim:Bizim dünənimiz örnəkdi, dərsdi!Biz niyə bu günə düşdük, ay dədə?!
Hardasa Tanrıya ağ olduq yəqin,Hardasa şeytanı başa çıxartdıq.Hardasa yükünə yük olduq qəmin,Hardasa düz yolu daşa çıxartdıq,Biz niyə bu günə düşdük, ay dədə?!
Sən çoxdan demişdin: «Güc sayda deyil,Yığma düz tərəfə düz olmayanı!»Bu, indi çoxillik döyüşdü, deyim,Seçək «biz» olandan «biz» olmayanı,Biz niyə bu günə düşdük, ay dədə?!
«Nişançı özümüz, hədəf özümüz»...Beləsə... çürümüş dirəyik belə.Bir süfrə başında iki sözümüzBir ola bilmirsə, ta nəyik belə?..Biz niyə bu günə düşdük, ay dədə?!
2 may 1992
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-nisanci-ozumuz-hedef-ozumuz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
NəzirəMənim ey naxçıvanlı şairə heyran olan konlüm,Yazan latayilate matü sərgərdan olan könlüm.
Mərd oluBizim elin dəliləriGirər meydana mərd olu,