Uşaq səsləri
Mən bir uşaq tanıyırdım, dəcəl bir uşaq,Xəyalının quş qanadı, yel atı vardı.Arzusunun gecələrdə səmaya uçmaq,Ulduzları sapa düzmək adəti vardı.
Ürəyində sərtlik olar, mərhəmət olar,Bir ürəkdə sığışardı bunlar bir yerə.Yaz olanda yuvasından didərgin salar,Qış olanda dən səpərdi boz sərçələrə.
Ayağını şeh yuyardı, saçını yarpaq,Bir aləmi dəyişərdi bir kəpənəyə.Dırmaşardı dağ başına, buluddan papaq,Şimşəklərdən qırmızı lent alacaq deyə.
Nə vaxt ömrün dan yerində güldü dünyaya,Nə vaxt ömrün səmasında qüruba endi?Qayaların qulağında batan sədaya,Çiçəklərdə günəş yuyan şehəmi döndü?
Hərdən məni diksindirdi ayaq səsləri:O qaçışlar qaçışına necə bənzəyir?Boylanıram, soruşuram, uşaq səsləriElə bil ki, «o burdadır, darıxma» deyir.
Yüyürürəm dalısınca, görəm onu bir,Deyəm ona, uşaqlara dalaşmasınlar.Çağırıram, uşaqlar da yığılıb gəlir,Hər sorğuma, sualıma qulaq asırlar...
Gülüşürlər: «Hansı uşaq, nə uşaq, əmi?»– Əmi nədir, yoldaşıq ki, tay-tuşuq ki, biz...Mən oyundan çıxarılan bir uşaq kimiPərt oluram, qayıdıram səssiz-səmirsiz.
Yox, əmiyəm, ay uşaqlar, əmi də deyin,Ömür keçir, nə inciyim, nə də ki, küsüm.Bircə məndən səsinizi əsirgəməyin,Ürəyimdə tək darıxar uşaqlıq hissim...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-usaq-sesleri
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Ana səsiGün batdı, şər qarışdı, yağdı qar,Gör necə də ələndi.