Dünyaya gəlməyin bircə an ola,Gələsən, görəsən, gülüb gedəsən.Taledən əlində bir imkan olaKefin istəyəndə gəlib gedəsən.Sənsiz yer üstündə qalan yeriniQohumnan, qardaşnan bölüb gedəsən.Bu dünya deyilən yaxşımı, pismi,Bir içim suyundan bilib gedəsən.Bu yurtdan o yurda bir ayrı yol yox,Tanrım, gərək elə ölüb gedəsən.

De görüm nəyindir bu dünya sənin,Gələsən, barını dərib gedəsən.Bir yol açmağıdır borcu qönçəninGələsən,borcunu verib gedəsən.

Yaşamaq olurmuş bunun harasıElə qərib qəlib qərib gedəsən.Bu dünya olumla ölüm arasıÇox elə vacibdir görüb gedəsən.

İlahi, sən mənə qəlbində yer verBir ümid, bir güman, bir fikir yeri.İlahi, sən mənə canında yer verHaçansa bildiyim gizli sir yeri.

İlahi, sən mənə qanında yer verArzunun, istəyin, eşqin hür yeri.İlahi, sən mənə yanında yer ver,Bir otaq, bir yataq, bir qəbir yeri...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love