Daha yazın gəlişiniQuşlar xəbər verməz mənə.Yuxusunda arı görərGüllər yuxu görməz mənə.

Dodağında sirr saxlıyarQönçələr açıb söyləməz.Qar altından çığırlar daÜstümə qaçıb söyləməz.

Çevrilib üzümə baxmazŞütüyüb yanımdan keçər.Axar sular mənə axmaz,Yaxan gün qanımdan keçər.

İçimdə gənçlik yası var,Harda itirdim yazı mən?Hər quşun bir yuvası var,Qara qışın yuvası mən.

Dünyanın artıq yeri yox.Mən də artıq yer tutmaram.Nə fərqi var isti, soyuq,Gəlsə də xəbər tutmaram.

Allah bağışlasın deyin.Allah məni bağışlıyar.Daha getməz uzaqlaraQara qış məndə qışlıyar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets