Livan bağında
Ağaclar müxtəlifdir,barlı,barsız olurlar.İnsanlarçın yararlı,karlı,karsız olurlar.Vaxt olur həkim kimi qardan paltar geyir bağ,Zaman gəlir ağaclar açır təptəzə yarpaq.Fəsillərin vaxtı var.Hərənin öz qanunu, öz hökmü, öz taxtı var.Lakin ömrümdə bir il,Bir il deyil, bir fəsilGüman elədim ki, mənGörürəm iki fəsliBir fəsildə birləşən.Uzaq məmləkətlərin birində duydum bunu.Sandım ki, pozulubdur təbiətin qanunu;Çıxmışdım səyahətə bir bağ gördüm Livanda.Elə bil ki, dumandaUlduzlu, nur saçırdı sarı portağalları,Fanuslar bəzəyirdi şaxələri, dalları.Ağacların bildirki bəhəri dərilməyib,Satılmağa bazara tamam göndərilməyib,Payızı da, qışı da budaqlarda yatıbdır,Gəlib bir də çiçəkli ilk bahara çatıbdır.Göz işlədikcə şaxlar, görürəm ki, barlıdır.Bəs niyə ağacların üstü belə qarlıdır?Heç görmüsənmi bağaBahar vaxtı qar yağa?Bu nə sayaq, qəribə, müəmmalı bir işdir,Axı belə möcüzə heç vaxt görünməmişdir?Yaxınlaşıb görürəm çiçəkdir bu, qar deyil,Yox, ağaclar qar altda yatan ağaclar deyil.Sual verdim bağbana, mənə elədi hörmət,Dedi: “Əsla deyil bu nə möcüzə, nə hikmət.
Bağçılar bu tədbiri çox sərfəli sayırlar.Çürüyüb zay olmasın, xarab olmasın deyəUzun zaman meyvəni ağacda saxlayırlar.Zövq-səfa çəkməyə siz gəlib sərinliyə,Baxırsınız ağacda çiçəyə də, bara da,Baxırsınız, deməli, payıza, bahara da...”Belə söhbət edərkənBir qız uşağı gördüm barının yanında mən.Baxırdı gözlərini zilləyərək şaxlara.Bunu qüsur tutmayaq, gəliniz uşaqlara,İstədim ki, soruşam: “O sənin balanmıdır?Bir portağal ucundan bağrı laxta qanmıdır?Niyə girməyir bağa?Yoxsa qoymayır ağa?Bir portağal dərərsə yoxsa qilü-qal olar?Bu bir portağal dönüb min bir portağal olar?Səbəb olar kəsərlər balaca maaşını?Tənələr yağdırarlar, ağrıdarlar başını?..”Yox, yox, sual vermədim,Portağal da dərmədimVerməyə qızcığaza.Döndüm qərib ölkədəSimi qırılmış saza.Oldum halı pərişan...Livanda tərk elədim axşam üstü o bağı,Lakin nəzərlərimdən çəkilmədi bir zamanBarının yanındakı o solğun qız uşağı...Livan, 1960
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-livan-baginda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Minib dörd atını, çapır dördnala,Düzlərdən, çöllərdən gəlir Yenicə gün!
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
اگر بلبل به دل داغی ز جور باغبان دارددر آتش من که با من نوگل من سرگران دارد
Axtarın məniSiz məni özümdən xəbər almayın,Gördüyün ellərdə axtarın məni.