E... e... e... Ay gözünə dönüm ovçu, sərvəqt ol, yaxşı fürsətdir, kəməndi əlində hazır saxla; çünki bir parə dinsiz cavanlar məşədi və kərbəlayı balalarını çaşdırıblar, yoldan çıxarmaq istəyirlər və bəlkə də çıxarıb qurtarıblar. Kəməndi hazır et, bəlkə dinsizlərin əlindən qurtarıb qaçan “xam”ları bir “fənd”lə kəməndə salıb öz mübarək dininə tabe edəsən...

Hərif meydanda özünü tək görüb meydan suluyur. Bəli, şuraçılar müsəlman cavanlarının əqidələrini xarab etdilər, möminlərin övladını ata-baba imanından bir qədər kənar saldılar, behiştlik hacı balalarını rus və erməniyə oxşatdılar, pak etiqada rəxnə yetirdilər və xülaseyi-kəlam, behiştlikləri huri vətənindən soyutdular, müqəddəsləri ruzi-rizvan həvəsindən saldılar, cənnət eşqinin ləzzətini götürdülər, firdövsün kövsər suyunu dandılar və yavaş-yavaş, beləliklə, o yerə gəlib çatdılar ki, indi az qalıbdır müsəlman qardaşlar şəkk gətirsinlər ki, – nəuzübillah, bu nə sözdür, bu nə əfsanədir, – Allahdan icazə olmayınca və “Camei-Abbas” rəva görməyincə insan heç bir yerə qədəm qoya bilməz, o heç bir işi başlaya bilməz və hətta-dilim qurusun-filan yerə gedəndə də çox-çox şəriət və qanuna tabe olmalıdır və ilax...

Demək, hərif meydanda özünü tək görür, çünki islam şəriətmədarları hərəsi bir siçan deşiyinə girib. Pəs fürsət vaxtıdır! Çünki Məşədi və kərbalayılar dinsiz yaşaya bilməyəcəklər; çünki mikroblar həmişə kəsafət üstə yığışırlar; çünki cəhalətlə qaralmış Şərq elmi indiyə kimi bir dəqiqə də molla əmisiz və huri qılmansız qərar tuta bilməyib. Odur ki, “hərif” öz dininin intişar nicatını, əlbəttə, Şotlandiyada yox, Fransa və Amerikada yox, Şimali Rusiyada yox, ancaq nadanlıq zəminəsində, avamlıq meydanında, fanatizm daxilində, dünya elm və fənlərindən uzaq düşmüş və dini əqidələr içində çürümüş biçarə müsəlman camaatı içində axtara bilər və axtarmaqdadır.


Və “axtaran tapar” kimi, hərif də axtardığını tapır; çünki heç bir millət bizim hacı və məşədilər kimi huri və abi-kövsərpərəst deyillər. Ələlxüsus ki, hərifin vədələrinin şirinliyi islam vaizlərinin şirinliyindən az deyil:

Orada da haman axirət, orada da haman səadət, orada da ruhlar yeddinci göylərə merac edir, orada da cənnət, cəhənnəm, cin, şəyatin, şeytənət və şarlatanlıq, bekarlıq və bədbəxtlik.


İndi dəxi deyəsən “həriflər” islam vaizlərinə macal verirlər; çünki hər yandan bunların “təbliğ” sədaları gəlir.

Kəsif bir bədəndən həşərat uzaq olmayan kimi, müqəddəs islam millətindən də bu zalım oğulları da əl götürmürlər.


Molla əmi cəmi müridlərinə salam yetirir.

Dünən bir mədrəsənin qabağından keçirdim, lövhədə yazılmışdı:

  1. Yer elmi, 2) Tarix, 3) Hesab, 4) Təbiət tarixi, 5) Nücum elmi, 6) Sosializm.

Və bunlardan savayı yenə bir neçə belə-belə sözlər yazılmışdı; amma həriflər burada gözümə sataşmamışdı; çünki cəmi mikroblar işıqdan qorxarlar.

Hər kəs mən dediyimi başa düşdü, düşdü; hər kəs başa düşmədisə, afərin onun zehninə...

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 21 aprel 1923, №21

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Cavanlara

Bircə ümidim cavanlara idi. Həmişə və hər bir məkanda vətən məhz cavanlardan öz nicatını gözləyib. Mən də bu səbəbdən məhz cavanlarımıza ümid bağlayırdım. Mən onlara dedim: “Xub, həftənin altı gününü öz kəsbi-karınıza məşğul olub, amma tək bircə gününü verin mənə. Bəlkə həftədə bircə gün də olsa, əl-ələ verək və Allah bədnəzərdən saxlasa, vətən yolunda, eyib olmasın, bir az xidmət edək”. Cavanlar dedilər: “Xub, biz hazırıq”. Mən də müntəzir oldum. Pəncşənbə günü cavanları gözlədim, gəlmədilər. Dedim bəlkə cümə günü yığışacaqlar. Cümə günü də gördüm ki, gəlmədilər, çıxdım küçəyə və küçəyə çıxdıqda nə gördüm? Gördüm ki, haman cavanlar Ermənistanda gəzirlər, amma nə halətdə? Gözləri qızarmış.– Ağa, niyə gözləriniz qızarıb?

1 min
Firqələr davası

Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik nənəm İranın firqələr davasından qəribə hekayələr elərdi. Mən onda uşaq idim, ağlım kəsmirdi, amma indi bilirəm ki, o vədələr İranda necə qəribə-qəribə firqələr var imiş.Rəhmətlik nənəm nağıl eləyərdi ki, 150 il bundan əqdəm, – ki, İran indiki vaxtından bir az qaranlıqda imiş, – o vədə İranda indiki elm, maarif və təməddün yox imiş. O vədələr azadixah firqələr də var imiş; yəni o vədələr sosial-demokrat da var imiş, demokrat da var imiş, ittihadi-islam da var imiş, tənqiddiyyun da var imiş, etidal da var imiş və 72 min yaxud 72 mücahid əncüməni var imiş. Allah bərəkət vermiş bu firqələrin özgə bir vəzifəsi yox imiş, məhz bir-birini əzib yox eləmək fikrindən savayı.

2 min
Maarif dostlarına bəşarət

Cəmadi yəs-saninin on doqquzunda düşənbə günü maarifin təravici yolunda elə bir binagüzarlıq olunub ki, İran tarixində bunun misli yada düşmür.Həmin gün millətin təlaşı və hökumətin müsaidəti sayəsində qərar qoyulub şəhri-Təbrizdə və Azərbaycanın sair şəhərlərində və qəryələrində min iki yüz təzə mədrəsə təsis olunsun: beş yüz mədrəsə Təbrizdə və yeddi yüz mədrəsə kənar nöqtələrdə.

2 min
Elanın zərəri

“Təkamül” ruznaməsi hər nömrəsində xəbər verir ki, bir kəs istəsə ruznamədə elan çap elətdirə, qiyməti flan qədərdir. Mən elə qanıram bu sözləri ruznamədə yazmağın mənası yoxdur. Səbəb budur ki, xalq dəli deyil ki, öz əlilə özünə ziyan vursun və hələ idarəyə pul da versin.Elanın zərəri budur ki, məsələn, biri elan etdirəcək ki, məsələn, flan yerə bu qədər yaxşı içməli çay gəlib, ya flan yerdə yaxşı təzə varid olmuş xurma satıram. Bunu camaata xəbər verməyin heç bir faydası yoxdur, zərərindən savayı. Zərəri budur: əvvəla, oğrular biləcək ki, flan yerdə çay, ya xurma var. Saniyən, bir möhtac adam, ola bilər ki, gedə yalvara ki, hacı, qadan alım, o çaydan bir çimdik ver uşağıma çay dəmləyim. Salisən, burda bədnəzər məsələsi də var.

1 min

Poems by other poets · Satire