Mayın biri
Bu gün küçələrdə özgə bir cəlal var; evlər qırmızı bayraqla bəzənib, balkonlar əlvan fərşlər və parçalarla bəzənib, avtomobil və faytonlar gül-çiçəklə bəzənib, küçələr dolu camaatla. Əsgərlər, şagirdlər, əmələlər qırmızı bayraq əllərində oxuya-oxuya dolanırlar. Qızlar, uşaqlar avtomobillərlə yainki piyada, qoşa-qoşa, cərgə ilə, əl-ələ verib oxuyurlar və gəzirlər, musiqi dəstələri bunlara səs verirlər.
Bu gün mayın biridir; yəni bu gün azadlıq bayramıdır.
Bu bayram tək bir millətin bayramı deyil, müəyyən bir məmləkətin bayramı deyil: nəinki tək bircə Rusiyada, bəlkə sair məmləkətlərin hamısında mayın birini bayram saxlayırlar.
Amma yer üzündə təkcə bircə millət, tək bircə məmləkət, tək bircə torpaq var ki, orada bilməzlər may nə deməkdir: o məmləkətin ismi-şərifi İrandır.
Fəqət xoşbəxt məmləkətdir: doğrudan da bir tərəfə baxanda, yəni nə hay-huy, nə mərəkə? Niyə gözəl vaxtını bihudə hay-küyə sərf edəsən, bir surətdə ki, bu hay-huydan sənə bir axirət mənfəəti hasil olmayacaq?
Odur ki, İranda mayın birin tanımazlar.
Amma di gəl nimeyi-şəbanə: pəh-pəh! Mən ölüm bir gəl cəlala, cəlala tamaşa qıl!
O qədər ki, məsələn, Təbrizdə hökumət tərəfindən nimeyi-şəban gecəsi atəşbazlığa barıt, güllə xərclənir – bunun yüzdə biri şahsevən quldurların qabağını almağa xərclənmir ki, yazıq fəqir-füqəra evində rahat yata bilsin.
İndi gəl rəmazan ayının gecələrinə: ta axşamdan səhərə kimi küçələr çilovqanlıq, çayxana və meyxanalarda eyş-işrət, çalıb çağırmaq və hər növ şadyanalıq...
Çünki bunlar bihudə deyil: burada mülahizə var, burada gözətləmə var.
Burada axirət məsələsi var.
Amma mayın birini burada tanımazlar.
Mığmığa
“Yeni yol”, 12 may 1923, №15
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-mayin-biri
Use ← → keys to move, R for a random poem
More by this author
Tarixi-miladinin 1921-ci ilində,-- ki bolşevik inqilabının Bakıda ikinci ili idi,--təzə Kommunist hökuməti var qüvvətini və həvəsini məmləkəti düzəltməyə sərf etməkdə idi,--mən də qohumlarımızın birinin evində yaşayırdım. Qabaqca mənzil tapmaq fikrinə düşdüm. Rəfiqlərimin köməkliyi ilə və idarələrin sayəsində mənzil də tapdıq; ancaq mənə verilən üç otağın nə bir stol-kürsüsü vardı ki, üstündə oturub yazı yazasan, nə də bir qeyri avadanlıq vardı. Haradan da tapmaq olar? Nə dükan-bazar var ki, gedib pul verib alasan, nə də çoxluca pul var ki, dəllal vasitəsilə artıq qiymət verib hər bir şeyi gətirdəsən.Xülasə.
İki almaAxşam vaxtları gəzməyə çıxanda, hərdən bir balaca oğlumu da yanımca aparıram. Bu dəfə də apardım.Və haman balaca oğlum ilə gəzməyə gedəndə, hərdən bir ittifaq düşür ki, ona yeməli şey də alıram ki, məndən razı qalsın. Bu dəfə də balaca oğlum dükanlarda düzülmüş nazü-neməti görəndə məndən yeməli bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaqla bazara gedəndə ona bir şey almaq lazımdır və lakin bunu da deyirəm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dəfə heç bir zad almaq istəmirdim; o səbəbə ki, cibimdə pulum yox idi. Və bir də istəmədim ki, uşağım hər dəfə bazara çıxanda dadamal öyrənsin.
Qurbanəli bəyMirzə Allah sənə rəhmət eləsin!**Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür.
Saqqallı uşaqBu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir.Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həylə sən yaxşı uşaqdan və könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.
Poems by other poets · Satire
Məni təhrik eləmə alverə, vicdansız ata!Qəlbsiz, duyğusuz, anlaqsız ata, şansız ata!
Bizim arvadEvdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
“Səni mən sevməyirəm, sevməyirəm...”Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Üç dostluqMənzum hekayə**Qulaq as, duzlu bir hekayətdir,