Məmmədəli! (2 fevral 1925)
Bu saat yenə başım ağrıyır və heç yana çıxa bilmirəm. Jurnal barəsində də Səidə yazmışam və ondan savayı da bir özgə sözüm yoxdur.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-memmedeli-2-fevral-1925
Use ← → keys to move, R for a random poem
More by this author
Necə ki, bu il Azərbaycanın hər bir guşəsindən quraqlıq xəbəri gəlirdi, Cavanşirdə də bu il yağış olmadı. Və taxılların çox hissəsi və ot-ələf habelə susuzluqdan yanıb tərk oldu.Və heç bir yandan bir çarə gözləmək mümkün olmadı, Allahdan başqa. Çünki bunlar hamısı xaliqa-ləm-yəzəlin öz ixtiyarındadır: istər yağışı yağdırar, istər yağdırmaz. Əgər durub soruşsan ki, niyə bu qədər öz yaratdığın aciz bəndələrin çörəyini məhv-nabud edirsən və ac qoyursan və əgər soruşsan ki, göylərdə saxladığın yağış anbarlarının müftəcə suyundan niyə yer üzünə çalamırsan ki, onlar da sirab olsun, heyvanat da sirab olsun və əgər sən bu taxılları bir neçə nəfər binamazın ya komsomolun, ya üzüaçıq dərsə gedən islam qızlarının acığınamı yandırırsan, elədə bəs min-minlərlə mömin və dindar qırmızı saqqal hacı və kərbəlayıların taxıllarının günahı nədir?
Peyğəmbərlik, ya ki kişmiş davasıMən qabaqlarda mollalardan çox şikayətçi və narazı idim; çünki görürdüm ki, bu fırıldaqçılar, doğrudan da, dünyada hər bir insan peşəsini tullayıb özlərini qoyublar adam aldatmağa ki, nə bilim cənnət belə gəldi və cəhənnəm belə getdi.Hətta, Allah şahiddir ki, mən həmişə öz qələmimlə hər yeri düşəndə və fürsət vaxtı gələndə mollaları pislərdim.
Ədəbli təziyəMəhərrəmlikdə çığır-bağır salan və başlarını yaran bambululardan mənim xoşum gəlmir. Çünki onlar savadsız və nadandırlar. Mənim xoşum elmli və ədəbli intelligentlərdən gəlir. Çünki bunlar məhərrəmlikdə başlarını yarmayırlar. Çünki bunlar oxumuş adamlardırlar. Ancaq bunlar bir yüngülvarı yas saxlayırlar. Çox ədəbli və üslublu təziyədarlıq edirlər.Doğrudan da nə vəhşilik, baş yarmaq və nə cana qıfıl keçirmək, bunların heç birinə nə Allah razıdır, nə imam.
Aşura oğrularıİki ildir ki, Şura hökuməti küçələrdə dəstə tutub baş çapmağa mane olur. Təəccüb burasındadır ki, həmin bu iki ilin aşura günlərində çox evlərdə oğurluq olmuşdur. Məsələn, bildir aşura günü ki, baş yaran olmadı, Təzəpir məhəlləsində və habelə qeyri məhəllələrdə on yeddi yerdə oğurluq müşahidə olundu. Məşədi Orucun evindən xalça oğurlandı, bir evdən qaynar samavarı lotular aparmışdılar. Keçəllər məhəlləsində axund Cəfərin evini yarmışdılar. Ərdəbillilər məscadindən mücavirin başmaqlarını aparmışdılar. İmamverdi məhəlləsindən Fatma xalanın corablarını oğurlamışdılar.Xülasə, belə-belə on yeddi yerdə oğurluq baş vermişdi. Bu hələ müsəlman məhəllələrinin oğurluğudur, yəqin ki, qeyri məhəllələrdə də o gün belə işlər törəyibdir.