Qənaət
Deyirlər ki, hökumət xəzinəsi kasıbdır. Lazımdır qənaət yolları axtarıb, tapmaq.
Bakı şurası maliyyə müdiri Andreyev “Bakinski raboçi” qəzetində yaxşı qənaət yolu ortalığa qoyur:
Deyir: Lazımdır uşaq yurdlarını bağlamaq, yetimləri küçəyə salmaq. Bu maliyyə müdirinin əqidəsi.
Uşaq yurdlarının yetimlərindən bir neçəsi bu gün idarəmizə bu məzmunda bir giley-güzar yazıb, göndəriblər.
Uşaqlar yazır:
Əgər xəzinə kasıblayıbsa və qənaət yolu axtarmaq lazım gəlirsə, bizi küçəyə tökməsinlər. Bir az fikirləşsinlər. Çox-çox qənaət yolu tapa bilərlər. Bu yolların ikisi indi yadımızdadır ki, yazırıq və bundan savayı da yenə çox-çox belə qənaət yolları axtarıb tapa bilərlər.
Biri budur ki, bu il yaylaqlara azarlı adı ilə gedən çox-sox qoluçomaq müdirlərin yaylaq xərcinin yarısı bizim uşaq yurdlarının bir illik məsarifini görər.
İkinci də Bakı şəhərində səhərdən axşamadək və axşamdan səhərədək küçələrdə o yan-bu yana fırıldayan avtomobillərin xərcidir ki, hamısı xəzinədən çıxır. Çünki məlumdur ki, yad adamın avtomobili ola bilməz. Bəs, kimdir o avtomobillərdə o yuz-bu yüzə qaçanlar?
Doğrudur, bunların bir neçəsi fövri qulluq işlərini yerinə yetirir. Amma vallah-billah çox-çoxları məhzi-təşəxxüs və xəzinə üçün nahaqq xərcdir.
Allah şahiddir ki, dünya yaranandan indiyə kimi bu avtomobillərin birinə bircə nəfər kəndlinin azarlısı minib, həkim yanına getməyibdir. Raboçi də bunun kimi.
Xülasə, bunlar ilə işim yoxdur. Ancaq bizi küçəyə nə səbəbə tökürsünüz? Bir surətdə ki, xəzinə üçün neçə-neçə belə qənaət yolları yenə bilirik.
Yetimlər tərəfindən “Dəli”
“Molla Nəsrəddin”, 14 iyul 1923-cü il, №28. səh. 24
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-qenaet-2
Use ← → keys to move, R for a random poem
More by this author
Sən adət edibsən gecə-gündüz ha qaşınmaq,Lazımdı baxanda sənə odlarına yanmaq,
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
Yoldan keçər ikənYoldan keçər ikən nəzərim bağə sataşdı,Guya ki, mənim qəlbimə bir nöqtə dolaşdı.
Ey yazıqTa ki sən oldun əsiri vəzi-yarın, ey yazıq,Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!
Poems by other poets · Satire
Tumanov izn alır ki, ŞirvanəSığnağdan çəkə dəmir yolunu;
Bir mühərrir ki, cybü nöqsanıBir mürərrİr kİ, eybü nöqsamYazdığı cümləde pədid olsun,
Şeir yaxud merŞerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.
Var mülki-Qarabağda çox dun köpək oğluHüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,