Təzə il
Bu günlər təzə ilin günləridi. Yəni bu günlər İsa peyğəmbərin, yəni xristiyanların Allahının xəlvətcə anadan olmağından min doqquz yüz iyirmi dörd il keçib, min doqquz yüz iyirmi beşə ayaq qoyur. Vaqedə çox böyük tarixdi.
Min doqquz yüz iyirmi beş il bundan qabaq birinci dəfə xristiyan aləminə cənnət-cəhənnəm və axirət etiqadı soxulub, indiyə kimi neçə milyon insanı keşişlərin torundan qurtarmağa macal vermir.
Pək böyük tarixdir. Onun üçün də indi əsrimizin qiyam-qiyamətinə baxmayaraq, korların gözlərinin açılan vaxtında, karların qulaqlarının eşidən vaxtında köhnə zənglərin zınqıltısı yoldan keçənlərin qulaqlarını kar elməkdədir.
Həqiqət-çox böyük tarixdi. Onun üçün də İsanın tarixi bu ildən o ilə keçən kimi idarələr, məktəbxanalar və karxanalar “Qış kanikulu” adı ilə qapılarını bağlayıb, hətta yəhudi və müsəlman şagird və tələbələrin iki-üç həftəyə qədər təhsildən məhrum elədilər. Onun üçün də bikar camaat neçə gün rusca qəzetə oxumaqdan əli üzülü qaldı.
Mən də bayramqabağı yoldaşlara dedim: Tətil eləyək. Yoldaşlar bir söz demədi. Çünki gördülər ki, biz tətil eləməsək, meydanda tək qalarıq. Ancaq yoldaşlardan “Dəli” imzalı yoldaşımız istədi razı olmaya. Biz yığışdıq və yalvar-yaxar elədik və onu bir təhər yumşaltdıq və dedik:
– Əzizim, sən heç narahat olma! Qoy biz də qapıları bağlayaq və zəhmət müdirinin nəsihətini yerə salmayaq. Əgər sənin qorxun o yerdədir ki, bəlkə dedilər:
“İndi Molla Nəsrəddin idarəsi də (İsabaz) olub”. Onda biz də qeyriləri kimi bir belə biclik elərik; Biz də qeyriləri kimi deyərik:
Camaat! Biz İsa təvəllüdü münasibəti ilə yox, biz “Qış kanikulu” münasibəti ilə işdən qalırıq.
Qoy xalq ha başlarını sındırıb, axtarsınlar görək aya bu qış kanikulu nədir? Canları çıxsın.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 10 yanvar 1925, №2, səh. 1
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-teze-il-3
Use ← → keys to move, R for a random poem
More by this author
Məktubunuzu aldım, çox sağ olun. Noyabrın 18-də beynimin qan damarları tutuldu. Sol əlim və qıçlarım zəiflədi. Midhət bir neçə həkim və o cümlədən professor Amosovu çağırıb məni göstərdi. Midhət məni buraya qucağında gətirdi. İndi istirahət edirəm, sonra müalicə olunacağam. Evdə Midhət, Ənvər və Polina Afanasyevna növbə ilə yanımda oturub mənə baxırdılar. Tez-tez mənə məktub göndərib təzə xəbərlərdən yazın; ancaq siyasətdən yazmayın. Səhhətim artıq korlanmışdır.Həmidə, qoy Midhət sənin üçün Bakıda otaq tapsın və ora köç. Curnal bağlanarsa, yenə də bizim yanımıza köçüb, uşaqlarla birgə yaşarsan.
Midhət! (26 dekabr 1930)Kislovodsk*Məni sanatoriyadan buraxırlar: yayda gəlmək lazımdır.
Həmidə xanıma, Münəvvərə və Müzəffərə!17 fevral (1931), Kislovodsk*Həmidə xanıma, Münəvvərə və Müzəffərə salam göndərirəm. Qaryagindəki xəstəlikdən təşvişə düşməyin, ləğv edilib.
Həmidə! (23 mart 1931)Məktublarınızı, həmçinin göndərdiyiniz yağı aldıq. Sənə və Müzəffərlə Münəvvərə ona görə gec-gec kağız yazıram ki, uzun məktublar yaza bilmirəm. Naxoşluğum hələ keçib getməyib.Xəstəliyimə görə MİK-dən də, jurnaldan da getmişəm. Günümü uşaqlarla keçirir və dincəlirəm. Midhət və Ənvər yaxşı oxuyurlar və ümumiyyətlə, xoşbəxtlikdən, onların heç birini oxumağa məcbur eləmək lazım gəlmir, çünki bu barədə onlar ağıllıdırlar.
Poems by other poets · Satire
Gündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.
"Kəlniyyət" məcmuəsinin ruhunaÖtdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.
Bilirəm“Zəhlə töküb yazma” – deyənlərəYazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm,
Ramazan ayı qurtardıBitmiş ramazan, bərhəm olur məclisi-ehsan,Nəqdin verərək, nisyə behişt aldı müsəlman,