Ticarət
Ticarətdən məqsəd məhz pul qazanmaqdır. Daxi qazancdan savay ticarətin sair bir məqsədi ola bilməz.
Azərbaycan Dövlət Kinosu da bir ticarətxanadır. Burada da məqsəd məhz çoxluca pul qazanmaqdır.
Daxi bundan başqa bunun bir özgə vəzifəsi yoxdur və ola da bilməz.
Belədirmi? Yəqin ki, belədir. Əgər belə olmasaydı, özgə cür olardı. Nə cür olardı?
Bu cür olaraq ki, kassaları ağızbaağız doldurmaqdan başqa dövlət kino idarəsi mənəvi aləmə də fikir verərdi.
Vaqiən ticarətlə mənəviyyat bu iki şey biri-birilə yola gedə bilməzlər. Ticarət və şair bir-birilə dost ola bilməzlər. Əgər olsalar, ticarətin əsası xələldar olar. Yəni ticarət ziyan çəkər.
Məsələn, bu axır vaxtlarda dövlət kino idarəsini məzəmmət edirlər ki, ədibləri özündən kənar saxlamaqla özünün əhəmiyyətini itirir və lakin bu sözü danışanlar gərək bilələr ki, əgər kino idarəsi ədiblərlə dostluq binasını qoysa, o vədə kinonun kassasına böyük bir zərər toxuna bilər. Bu zərər bundan ibarət ola bilər ki, həmən ədib o xəyalə düşə bilər ki, gahdan bir kino-teatrosuna daxil olmaq istəyəndə ondan pul almasınlar.
Mən bu xüsusda Azərbaycan Dövlət Kino idarəsinin tərəfdarıyam. Bura da pul lazımdır, pul. Kino-teatrosu dünyada həmişə pula xidmət edibdir. Hərçənd Şura kinosunun dəxi əsas məqsədi zəhmətkeşlərə mənəvi xidmət göstərməkdir, ancaq indi biz həqiqət halı nə surətdə görürük? Pul!
Lağlağı
“Molla Nəsrəddin”, 4 aprel 1929, №14
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ticaret-2
Use ← → keys to move, R for a random poem
More by this author
Bizlər deyirik: mənə nə, farslar deyir: bə mən çe? Bu ibarənin mənası budur ki, mən deyirəm hər bir işin başında mən özüm olum və o işdə ki, mən yoxam – o işi də pisləyəcəyəm.Məsələn, eşidirəm ki, sən bir xeyir iş başlamısan; məsələn, aclara köməklik yığırsan, ya körpü qayırırsan. Hərçənd o işlər öz-özlüyündə fəna iş deyillər, bəlkə hələ yaxşı da bir işdirlər; amma zəmani ki, sən o işləri mənsiz başlamısan və mənim orada adım-sanım yoxdur, mən, əlbəttə o işlərin heç birini təsdiq etməyəcəyəm. Çünki bunlar hamısı keçəndən sonra mənə şöhrət lazımdır.
Qızıl kimi sözSözün doğrusu, ölən qızımın anası bizim Nabat daha köhnəlmişdi. Yəni, elə belədir: arvad ki, bir evdə dörd, ən çoxu beş il yaşadı, bəsdir. Onu dəyişib özgəsini gətirmək lazımdır.Mən də helə beləyəm. Nabatı dəyişməmiş, yerini gözaltı eləmişəm. Özü də Nabatdan çox-çox gözəldir. Və bir də kişinin qızı adamın Allahı var, cavandır; belə lap təzə vaxtıdır. Yəni yeni yetişir. Lap mənim fənnimdir. Hər bir danışığımız, işimiz qurtarıb gedibdir.
İzhari-təşəkkürNə gözəl gün! Nə səadətli gün! Bu gün ki, may ayının on yeddisi və şavval ayının biridir, ali bir gündür ki, bunun misli və manəndi az-az düçar olur.Bu gün eydi-fitrdir. Yəni oruc bayramıdır. Yəni mömin və oruc tutan və namaz qılan müsəlmanların müqəddəs bayramı və əziz gündür.
Teatr işləriYay gəldi, teatrlarımız bağlandı. Yaxşı da oldu bağlandı. Çünki müsəlmanları məsciddən və bir para yerdən avara qoyurdu. Amma deyirlər Tiflisdən “Akademik” dəstəsi Bakıya “Qastrola” gəlib. Bir neçələrini gördüm, istəyirdilər teatra getsinlər. Qoymadım getsinlər. Çünki dostumun birinin evində toy tədarükü var idi. Sən öləsən yeddi gecəni yatmadıq. Səhərə kimi vurduq. Bir də mən qanmıram hər şəhərin öz artisti olar, öz şəhərində də oynar. Hələ bu Tiflisdən bura gəlmək yəni çe? O da sizin hörmətiniz. Odur, Aşqabaddan Məkkəyə təşrif aparan Seyid Hüseyni nə cəlal ilə dərya kənarında qabaqlayıb, əllərini öpə-öpə, hacı-hacı ağaya gətirdilər. Başına nə qədər mömin cəm olmuşdu.Qardaş, bizə teatrdı, nə bilim maarifdi, mədəniyyətdi, nədi? Qardaş, lazım deyil, deyil, deyil. Zor deyil ki?
Poems by other poets · Satire
Kimdir şəkk eləyən Sabirabad möcüzünə?Gəlməyibdir belə bir möcüzə dünya üzünə!
Nəzminin cavabın, ey taci-sərimCəfərqulu xana*Nəzminin cavabın, ey taci-sərim,
İranlı dedi – bildimİranlıların mən hamın həmmal sanıram,Tacirlərə bir kan imiş Iran, nə bilim mən.
Sərçə balladasıŞarj-nəzirə*Günlərin bir günündə