Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.

Sən ilə gülşəni-ümmiddə güllər açılır,Qönçə tək etməgilən, gəl, ürəyin qan, getmə.

Sən ilə cəm idi bu silsileyi-alinəsəb,Etmə bu silsiləni bari pərişan, getmə.

Gər tulu etməsə Xurşid camalın bir dəm,Olu zülmətkədə bu Şişeyi-viran, getmə.

Olmasın nərgisi-bimarın bu dəm bimar,Qılma bu dideyi-giryanımı giryan, getmə.

Yetsə hər dərd sənə ver məni-məhzunə onuKim, sənin dərdin olur dərdimə dərman, getmə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ziynəti-bəzmi-məhəbbətdi sənin göftarın,Olma xamuş ki, xamuş olu yaran, getmə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring