Şiələr, qanə batıb ol şəhi-lövlak bu gün
Şiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.
Düşdü atdan yerə çün padşəhi-Kərbübəla,Əmri-İlahi yetişib cümlə mülk geydi qarə,Lərzəyə düşdü, bəli, küngireyi-ərşi-Xuda,Tirə-tar oldu hava, titrədi əflak bu gün.
Şiələr etdi imam əhdinə peyman, axır,Verdi yüz şövq ilə yetmiş iki qurban, axır,Bir həya eyləmədi Şümri-bədərkan, axır,Başını kəsdi susuz, eyləmədi bak, bu gün.
Ya Hüseyn, hansı peyğambər belə fərman verdi?Oğlunu, qardaşını ümmətə qurban verdi?Gün qabağında, qum üstündə susuz can verdi,Ağladı halətinə pak ilə napak bu gün.
Əhli-Quran eylədi hörmət əcəb Quranə,Rükni-məzbəb pozulub, rəxnə yetib imanə.Od düşüb bargəhi-dinə, olub viranə,Yandı dibaçeyi-şər içrə o əmlak bu gün.
Kərbəla vaqiəsi etdi qədər qəddini xəm,Tarmar oldu qəza mülkü, pozuldu aləm.Məhv olub lövh xətti, ah ki, süst oldu qələm,Qursi-xurşid edər seyrdən imsak bü gün.
Kərbəlayə baş açıq həzrəti-İsa gəldi,Başın əldə gətirib, həm Zəkəriyya gəldi,Yusif, Yunis, Əyyub ilə Yəhya gəldi,Ənbiyalar başına tökdü fələk xak bu gün.
Dəmbədəm başə vurub nalə edər Mikayil,Ağlayır sübhü məsa şivən ilə İsrafıl.Əli qoynunda qalıb həşrə kimi CəbrayilBəski Peyğəmbər olub ərşdə qəmnak bu gün.
Naləvü şurə dəxi kulli-cəmadət gəlib,Va Hüseyn, zikri ilə dərdə nəbatat gəlib,Həm nəvayə dil açıb, cümleyi-zərrat gəlib,Ağıl matəmzad olub, ağladı idrak bu gün.
Qisseyi-Kərbübəladan qəmər olmuş münşəq,Qara xətt ilə yazılmış o səbəb kəlmeyi-həqq.Qüsseyi-Kərbübəlanı yaza bilməz mütləq,Nitqi-Baki nə qədər kim ola çalak bu gün.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesedi-eyyub-baki-sieler-qane-batib-ol-sehi-lovlak-bu-gun
More by this author
Viran olu könlüm evi viranə görəndə,Viranə virantər olu viranə görəndə.
Deyin o yara, edir aşiqin səfər, gəlsinDeyin o yara, edir aşiqin səfər, gəlsin,Şikənci-əqrəb ara gizlədib qəmər, gəlsin.
Məni eşq əhlinin divanına divanə yazmışlarMəni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Poems by other poets · Divine love
Ey dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
ورد منست نام تو یا مرتضی علیمن کیستم غلام تو یا مرتضی علی
Ömür oldu tamamÖmür oldu tamam, gün oldu tamamGötürün çevirin qibləyə məni
Aşıq Valehin şair Abdulla Canızadəyə cavabıSəfi, naməhrəmi-dərgah dəri-Heydərdir,Yoxsa lənət ona gəlsin, bu nə şou-şərdir.