– Ana, gündə neçə dəfə çay qoyursan?

– Heç sayı-hesabı var ki, səhər durandan gecəyarısmacan. Maşallah, hey çayniklər dolur-boşalır.

– Dörd-beş kərə çay içilir, bu evdə, ya yox?

– Sözsüz!

– Stəkanlar da, şükür, dözür.

– Niyə dözməsin!

– İçki necə, bizim evdə hər gün olur?

– Hər gün niyə, həftədə bir!

– Yaxşı, həftədə bir. Bəs niyə badə dözmür? Həftə olmur ki, mən təzə bakala pul verməyim. Bunlar niyə tez-tez sınır? Badələrin şüşəsi xarabdır, nədir?

– Şüşədə deyil.

– Bəs nədədir?

– Özün bilmirsən nədədir?

– Bilsəm soruşmaram ki, bəlkə badələri suya çəkəndə çatdadırsan?

– Yox, evdə həmişə isti su var.

– Bəs bunlar niyə tez çatlayır?

– Çatlamasm, neyləsin. Badələri yalan çatladır.

– N ə ?

– Yalan!

– Ay ana, sən nə danışırsan? Yalan ürək sındırar, amma badə sındırmağını eşitməmişəm.

– Ay oğul, badələri çatladan, sındıran yalandır. Yoxsa şüşənin, fabrikin nə günahı.

– Hansı yalan?

– O yalan ki hər oturanda badələrə deyilir, ona polad da dözməz, bala!

– Biz nə yalan deyirik?

– Kərim Gəldiyevin tərifinə badə qaldırırsınız, bəs bu yalan deyil, nədir? Lotunun birini peyğəmbər yerinə qoyanda, badə dözər? Əlbəttə ki, çatlayacaq! Tərifləməyə adam tapmırsınız. Gəldiyevə qəsidə oxuyursunuz!

– Ay ana, neyləyim, işim ondan aşır.

– İşin aşır, ona şüşə neyləsin. Şüşə axı zərif şeydir. Adama baxma, qulağı dolur, alışır, nə deyirsən keçir gedir. Şüşənin qabırğasına o qədər bərk yalan döşəyirsiniz, sınmasın neyləsin, çatlamasın necə dözsün.

– Ay ana, bilmirəm necə eləyim.

– Necə eləyəcəksən, sənin ki, belə yalanların var, daha şüşə badə niyə alırsan, badəni taxtadan sifariş elə!

– Qorxuram taxta da dözməyə.

– Lap yaxşı olar ki, dəmirdən sifariş eləyəsən. O qəsidə-mədhiyyəni ki, süfrə başında deyirsiniz, ona ancaq dəmir dözə bilər. Vallah, düzünü deyirəm, dəmir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets