Günah kimdədir?
Page 3 of 3 · 67%
Gördüm ol xurşidi-lıüsnün, ixtiyarım qalmadı,
Kölgd tək bir yerdə durmağa qərarım qalmadı!
Böyük şairin bu məhəbbət kəlamı ürəklərdə səslənərdi, bilinməzdi ki, bunu kim dilinə gətirdi: oğlanını, qızmı?
– Qızlara salam!
– Tamaşaya durmusunuz!
Rəşidin göl başında dayanmağına nə tamaşa, nə həsbi-hal demək olardı. Bu, ancaq həyəcanlı intizar, Səadətin intizarı idi. Dayandığı dəqiqələrdə də görərdin pəsdən mahnı oxuyur:
Bu dünyada daş daşıdım, gəmim dolmadı,
Gənc yaşımda bir qız sevdim, mənim olmadı!..
O illərdə, sevənlər arasında dəb düşən bu səmimi mahnını çox yerdə, çox cavanlar çox ürəkdən oxuyurdu. Bəziləri öz tərciimeyi-halı ilə, bəziləri məhəbbət macərası ilə bağlayıb oxuyurdu, ancaq Rəşidin belə kədərli nəğməni təkrar etməyə nə əsası, nə haqqı vardı!
Ona görə oxuyurdu ki, Səadəti görəndə, əmiqızının adı çəkiləndə Həqiqət xanım ibadətə dayanmış kimi susur, hətta, fürsət tapıb hərdən qəsdən eşitdirirdi:
– Rəşidin toyunda, özüm qabağa düşəcəyəm, Bakının handa bir professor qızlarına elçi düşəcəyəm...
Əvvəl Rəşid istədi Həqiqət xanımın sözünü qulaqardına versin:
– Əmidostu, professor qızlarını mənə peş çəkmə! Əvvəla, mənim evlənmək niyyətim yoxdur, ikinciyə qalan yerdə, məgər mən professor-zad axtarıram? Atalar deməyib ki, könül sevən göyçəkdir? Sən mənim qəlbimi qaynarından niyə kənara, dağa-daşa çəkirsən?
Həqiqət xanım hiss etmişdi ki, Rəşidin qəlbinə toxunur. Bunu bilsə də, işarəsində bir qəbahət duymur, oğlanın qulağını doldurmaq istəyirdi. Hər vasitə ilə, hər fürsətdə Rəşidin diqqətini Səadətdən yayındırmağa, qızı unutdurmağa cəhd edirdi. Ona görə də bəzən kədərli mahnılar oğlanın yadına düşür, nakam və köməksiz bir gəncin fəryadlarını eşidən, acıyan kimi pəsdən təkrar edirdi:
Gənc yaşımda bir yar sevdim, manim olmadı!..
Mahnının son sözləri ağır bir hökm kimi səslənir, arzularına zidd, ağır təəssüflərindən gələn kədərli səda kimi çıxırdı:
Olmadı manim, olmadı!..
Bu son sözləri Rəşid həmişə xüsusi həsrət, atəşlə deyirdi, ətrafına baxır, dinləyən görməyəndə, vay xəbəri almış kimi, şappıltı ilə dizinə döyüb təkrar edirdi:
Olmadı, hay, olmadı, vay, olmadı!..
Doğrudur, bu kədərli mahnını oxuyurdu, amma bir an belə Səadəti unutmurdu. Gələcək taleyini düşünəndə sanki bədxahlarına xitabla bərkdən deyirdi:
– Namərd dünya!
Bir ayağını irəli qoyub dayanır, sağ əlini qaldırıb şəhadət barmağını sanki, düşmənin gözünə güllə sıxacaqmış kimi havada silkələyirdi:
– Ya Səadətdir, ya heç kəs!
Vəssalam!
Rəşidə hey eşitdirirdilər:
– Əmiqızını almaq olmaz. Nəsil korlanar, günahdır, eyibdir.
Bunları Səadətə də eşitdirirdilər.
Ancaq Rəşidin dedikləri Səadəti hər şeydən çox məşğul edir, müftəsi! düşündürürdü:
– Ya Səadət, ya heç kəs!
Vəssalam!
İndi, cavanların həyat və arzularında romantik xəyallar alovlandıqca, müəyyən rəng aldıqca texnikin ailəsində, Həqiqət xanımın niyyətlərində qayğı və gərginlik artır, kəskinləşirdi.
İnsan həyatında qayğı da, qəm-qüssə də olan şeydir. Heç kəs deyə bilməz ki, mənim günüm həmişə deyib-gülmək, toy-bayramla keçib. Doğrudur, dünyada elə nikbin, qayğısız, hərcayi, dözümlü adamlar var. Ancaq texnikin, Həqiqət xanımın ailəsində üz verən gözlənilməz, qəribə əhvalat heç bir təsəlli, heç bir səbir, dözümlə ötüşən deyildir.
Rəşidin Səadətə olan qeyri-qanuni, qeyri-təbii sevgisini rədd etmək üçün nə çarə, nə tədbir mümkünsə, görmək lazım idi. Nə valideynin məsləhəti, nə həkimlərin dediyi, nə yoldaşların arzusu, heç biri Rəşidi əzmindən döndərə bilmirdi. Əksinə, oğlan onunla bu qədər məşğul olanları, valideynin bu xeyir işə bədgüman münasibətini gördükcə daha da əsəbiləşir, atasından-anasından, əmisindən daha bərk inciyirdi. Kişilər də oğlanı əzmindən döndərmək üçün hər vasitəyə, bəhanəyə əl atır, ancaq əsl həqiqəti açıb-aşkar deyə bilmirdilər.
"Bu nə iş idi başımıza gəldi!", "Qız doğulunca bir daş doğulaydı", "Belə yerdə adamlar silaha əl atırlar da", "Allahu əkbər, əstəğfürullah, demişdim ha!"
Hər iki ailədə səssiz, "pıçhapıçla" da olsa, kədərli məsləhət, məşvərət söhbəti gedir, axırı da bir yerə çıxmırdı. Həqiqət xanım günün birində bu söhbəti cavanların tanış müəlliminə açdı, məsləhət istədi.
Müəmmanı valideynlər özləri yaratmışdılar. İndi də içindən çıxa bilmirdilər.
Həqiqət xanım tamam təbii, səmimi bir dillə oğlu Rəşidə müraciət edib deyirdi:
– A bala, bu boyda ölkədə, qız-gəlin dünyanı götürdüyü yerdə, bir-birindən gözəl, oxumuş, mühəndis, həkim, adlı-sanlı qızlar sənə göz dikdiyi yerdə, nə oldu sənin bu əmin qızı mataha döndü, heç kəs onu məsləhət görmür, sən iki ayağını bir başmağa dirəmisən, deyirsən, "budu ki, bu!" Gəl inadından əl götür, bala! Axırı yaxşı olmaz. Böyük məsləhətinə qulaq as! Ulu sözünə baxmayan ulaya-ulaya qalar, bala!
– Əmidostu, siz oxumuş, təcrübəli anasınız, gərək belə təklifi mənə etməyəsiniz! Axı qəlbə zor olmaz! Məni iradəmdən dönməyə məcbur edən ancaq bircə hökm ola bilər! Sevgilim "yox" desə, mən təslim ola bilərəm, ayrı heç kəs, heç nə! Məhəbbətə zor olmaz, bilirsən!
Həqiqət xanım, axırda oğlanı hədələyirdi:
– Mən sənin böyüklərinlə danışam gərək!
– Kimdir mənim böyüyüm?
– Mən bilirəm kimdir!
Rəşid Həqiqət xanımın sözünə məna verə bilmədi. Bilmədi ki, "böyüklər" deyəndə Həqiqət məktəbi, komsomol təşkilatını, ya valideyni, ağsaqqalları nəzərdə tutur. Ancaq xəyalında cavab verdi ki, nə valideynin, nə komsomol böyüklərinin məni arzumdan döndərməyə gücü çatmaz. Sevgiyə nə zor!
– Əmidostu, bəlkə siz məni qızınıza, Səadətə layiq bilmirsiniz! O sizin öz işinizdir. Ancaq belə bir iddiaya Səadəti çətin inandıra bilərsiniz! Yəqin bilin ki, boş söhbətdir.
Həqiqət xanımın "böyüklər" deyib müraciət etmək istədiyi nə valideyn, nə komsomol katibi idi, onun nəzərdə tutduğu böyük, müraciət etdiyi adam Rəşidin də, Səadətin də müəllimi, cavanların hər ikisinin təhsil-tərbiyəsinə əmək sərf edən Azad müəllim idi.
Doğrudur, Azad müəllim cavanların sevgi macərasından xəbərsiz idi, ancaq hər iki gəncin müəmmalı sevgisi haqqında arada bəzən eşitmişdi, maraqlanmışdı.
Bir gün bayram məclislərindən birində Həqiqət xanıma müraciət etdi:
– Səadəti musiqi təhsilinə göndərirsinizmi, xanım?
– Özü maraqlıdır, amma görək necə olur?
– Necə olacaq, onun istedadına kim şübhə edə bilər?
– Orası elədir. İndiki cavanlar da bəzən sözə baxmırlar!
– Onu Səadətə, ümumən sizin uşaqlara demək olmaz!
– Müəllim, sizin çox nikbin niyyətiniz var!
– Məncə, elə lazımdır.
Həqiqət xanım müəllimin sözündən cürətləndi:
– Sizə deməli sözüm var, müəllim!
– Mən hazır, buyurun!
– Məktəbdə haçan macalınız olar, bir yarım saat vaxtınızı alım!
– İstirahət axşamı boşam!
– Saat ikidə, üçdə gələ bilərəmmi?
– Buyurun, müəllimlər otağında olacağam!
– Məsləhətə gələcəyəm, vaxtınız olsa!
– Buyurun, buyurun!
İstirahət axşamı müəllimlər otağında, Azad müəllimin yanında hörmətli bir məsləhət məclisi quruldu.
Azad müəllim üzünü valideynlərə tutub deyirdi:
– Mən sizin hamınızdan, atadan da, anadan da küsürəm! Buna mənim haqqım var! Bizdən tələb olunur ki, cavanları həqiqət, doğruluq, düzgünlük əsası ilə bu yolla böyüdək, tərbiyə edək. Çünki, yalan bizim cəmiyyətə yaddır! Yalan yeriməz. Siz uşaqları körpəlikdən yalana inandırırasınız, özünüzün inanmadığınız bir yalanı həqiqət adma yeritmisiniz. Ay canım, belə bir yalan kimə, nəyə lazımdır? Bilirsiniz ki, bizə yalan yaramaz!
Cavanlar böyüyəndə, yalan əsasında sevgi yoluna düşəndə, qeyri-qanuni izdivac yolu tutanda ayılıb başınıza döyürsünüz! Halbuki, bu yalana heç zaman ehtiyac yox idi. Rəşid öz doğma atasının oğlu kimi sonsuz əmisinin övladlığına keçə bilərdi, Səadətlə də belə qeyri-qanuni, qəribə məhəbbət yoluna düşməzdi. Bacı-qardaş məhəbbəti belə faciəli bir mənzərə ilə nəticələnməzdi. Kimə xoşdur ki, indi, biriniz qızı, biriniz oğlanı danlayır, hamınız cavanlardan həqiqəti gizlətmək istəyirsiniz! Vaxtı ilə qol qoyduğunuz yalanla həm balaları, həm özünüzü, həm camaatı aldatmısınız! Çox təəssüf!
Gec də olsa, həqiqəti açıb demək, cavanları başa salmaq lazımdır! Yalan bizim tərbiyəmizə, əxlaqımıza yaddır. Cəmiyyətimiz, inkişafımız ancaq həqiqət üstündə bərqərar olur. Rəşidlə Səadət bacı-qardaşdır. Burada gizli bir şey yoxdur, qoy hamı bilsin! Balalara həqiqəti uca səslə deyin! Rədd olsun yalan! Bəzək-düzək yalanı yaşatmaz!
Yaşasın həyat həqiqəti!
Gün kimi parlaq həqiqət!
Azad müəllimin sözlərini Rəşid də, Səadət də eşidirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-gunah-kimdedir
Use ← → keys to move, R for a random poem
More by this author
Mən əvvəllər ayrı işdə olmuşam, müəllimlik eləməmişəm. Buna arzum, həvəsim də olmayıb. Ancaq mühəndisliyə, qiyabi təhsilə gedəndə axşam kurslarında, ya FZU məktəblərində, riyaziyyatdan bir neçə saat dərs götürmək, həm pul qazanmaq, həm də hər gün dərslərə hazırlaşmaq ilə savadımı artırmaq məqsədinə düşdüm. FZU məktəblərindən birinə ezamiyyət alandan sonra libasımı sahmana saldım, əlimə bir portfel aldım, mənə tapşırılan sinfə inamla daxil oldum.Daxil oldum, ancaq sinfi təsəvvür etdiyim, istədiyim kimi görmədim. İlk baxışdan mənə elə gəldi ki, uşaqlar məni saymırlar, müəllim hesab eləmirlər, bəlkə də məni yoxlamaya çəkmək qəsdinə düşüblər.
Dərsimi yaz!Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmirlər. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar:– Necəsən, bala, indi ürəyin nə istəyir?
MöhürMöhür, ya əyar yaxşı şeydir. Bir sənədin həqiqətini bilmək üçün möhürünə baxırlar. Bir matahın əslini bilmək üçün əyarını yoxlayırlar. Üstündə əyarı olmayan qızılı heç kəs qızıl saymaz. Onu ustasına, zərgərinə baxdırmamış heç kəs qızıl olmasına inanmaz.Adam, adamdır, hər kəs bilir ki, adamla necə rəftar etmək lazımdır.
Uşağın taleyiÜç gün idi Marat məktəbə gəlmirdi. Almaz xanım adları oxuyanda başını qaldırıb uşağın sırasına baxdı. Ətrafa göz gəzdirib təəccüblə soruşdu:– Marat niyə yoxdur?