Təmərrə nə bayəd ki, çəndən könəd,
Ki sahibkərəmrə peşiman könəd!
Ş. Sədi

Ağ daş binanın ikinci qatında, pilləkəndən qalxan kimi, sağa dönən otaqda iclas gedirdi. Maarif şöbəsinin müdiri də, partiya, həmkarlar komitəsi heyət üzvləri də toplanmışdılar. Vacib bir məsələni müzakirə edirdilər.

Çinar Səfərli siyahını oxuyub əyləşənlərin rəyini soruşur, məsləhət istəyirdi:

– Yoldaşlar, məlumdur ki, bizim hesabımız bu il xüsusilə, yaxşı keçib. Son beş ildə həmişə rayonun qabaqcılları sırasında adımız qeyd olunub, bir dəfə do keçici qırmızı bayraq almışıq, yarış şərtlərində də şiikür ki, yoxlayıblar, irəlidəyik. Raykomdan tapşırıblar ki, qabaqcıl işçilərinizin ən yaxşılarım təqdim edin, mükafata vermək istəyirik. Əlbət ki, bizim kollektivimizdə yaxşı işçilər çoxdur. Hamısını da vermək olmaz. Ona görə deyirəm, ən yaxşılarım! Yoldaşlarla danışıb məsləhət- •oşmişik. Balaca bir siyahı tutmuşuq. Müzakirə eləyək, verək getsin, tələsdirirlər. Mənim siyahımda ən qabaqcıllar qeyd olunub, əlbət ki, hamısı yox, cəmisi on iki nəfərdir. Oxuyun, fikrinizi deyin, baxaq.

Çinar Səfərli siyahını əlinə aldı, nəzərini əyləşənlərin üzündə gəzdirdi. Deyəsən, yoxlayırdı, görsün, sözü olan yoxdur ki! Ümumi sükutu görüb sevindi, siyahını oxumağa başladı: birinci filankəs, ikinci filankəs, üçüncü... dördüncü... Siyahıda doğrudan da qabaqcıl işçilor, burada əyləşənlərdən də bir neçəsi vardı. Çinar bir də adamların üzünə baxdı, razılıq hiss edəndə arxayın bir əhvali-ruhiyyə ilə soruşdu:

– Sözü olan varsa, desin!

Görünür, dinləyənlərin hamısı razı idi, mətləbi uzatmaq istəmirdilər, təkcə bir adam, Kənan Yusifli söz istədi, mülayim əda ilə razılığını ifadə edəndən sonra dedi:

– Sağ olun ki, siyahıda mənim adımı da çəkmisiniz, ancaq bizim kollektivdə məndən də vacib Seyfi yoldaş var. O, qocaman müəllimdir, ömrü məktəbdə keçib. Maarifin əməkdar xadimidir. O duran yerdə mənim qabağa keçib təltif olunmağım həm mənim üçün, həm də təşkilatımız üçün doğru olmaz. Mən təklif edirəm, Çinar Səfərli yoldaş mənim adımı silsin, Seyfini yazsın. Belə bir ədaləti biz gərək gözləyək!

Səfərlinin səsi eşidildi:

– Yaxşı, daha kimin sözü var?

– Kənanın təklifi necə oldu?

– Daha kimin sözü var?

Bir nəfər yaşlı qadın Kənanın təklifinə qarşı çıxdı:

– Yoldaş Kənanın özü adının siyahıdan qaralanmağını istəyir. Nahaq! Kənan Seyfinin mükafatlandırılmasını lazım bilirsə, mən də razıyam, nə eybi var, Seyfinin adını əlavə edək. Daha Kənanı qaralamaq düz olmaz. Bizə deyən yoxdur ki, mütləq on iki nəfər olsun. Qoy olsun on dörd nəfər, nə eybi var, bu da limitlədi?

İclasda səs-küy qopdu. Xüsusən limit sözü hamının xoşuna gəldi, təltif işində bunu gözləmək gülünc olardı. Danışanlar oldu. Kimi ona, kimi buna tərəf çıxdı. Səfərli zəng vurub sükut istədi:

– K ənanın sözündə həqiqət var, Seyfi qocaman, fəal işçidir. Mükafata layiq adamdır. Neçə dəfə onun haqqında ədalətsizlik olub, bu dəfə düzəltmək lazımdır!

– K ənan qalsın!

– Seyfi də yazılsın, Kənan silinməsin.

Kənan təkrar söz aldı, təkid elədi:

– Mənim özüm bu heyətin üzvüyəm, mahiyyət etibarı ilə mükafat təklifini biz veririk. Öz adımızı irəli sürmək gülünc olar. Mənim adımı silin, xahiş edirəm.

Əslində, Kənan səmimi deyirdi. Seyfi kimi işçiləri unutmaq böyük haqsızlıq olardı. Kənanın təklifi Səfərlinin ürəyindən idi. Onun adını salmamağı bacarmazdı. Bunu yaxşı bilirdi, indi, müzakirə zamanı Kənanın özü buna bəhanə verdiyi üçün bu münasib vəziyyətdən istifadə eləməyi fürsət bildi! "Kişi özü istəmir, məcburiyyət nəyə lazımdır!"

Nəzakətlə təklifi keçirmək istədi:

– Yoldaşlar, Kənan əsil kommunistdir, təvazökardır. Seyfini unutmaq düz olmaz. Kənanın adını münasib bir yerdə təltifə verərik. Gəlin, Seyfi üzərində dayanaq, söhbəti də qurtaraq...

İclas qurtarandan sonra adamlar dağılışanda həmin yaşlı qadın Kənandan gileyləndi:

– Siz, – dedi, – yaxşı adamsınız. Amma bu yerdə etirazınız sizin bədxahlarınıza kömək elədi. Görən də düşünəcək ki, yəqin Kənanın təltifinə heyət səs verməyib. Bunu gərək nəzərə alaydınız!

Kənan qadının sözünə əhəmiyyət vermədi:

– Bacım, – dedi, – mənim kifayət qədər mükafatım var. Qoy Seyfi kimi yoldaşların haqqı tapdalanmasın. Ona çalışmaq lazımdır!..

– Mənim Seyfiyə etirazım yoxdur. O, sizin yerinizi dar eləmir. Bunu deyirəm mən!

Bir həftə sonra Kənanı Maarif Nazirliyinə çağırdılar. Nazirliyin kadrlar şöbəsində cavan oğlan, Yaqub Salamov çalışırdı. Kənanı görən kimi salamladı, ona bir növ muştuluq xəbəri verdi:

– Kənan müəllim, sizi xeyir işə çağırmışıq. Xahiş edirəm bu anket vərəqələrini doldurun, tərcümeyi-halınız bizdə var, ona bir də baxın, iki dənə də şəkil gətirin. Mən bunları iki günə yuxarı təşkilatlara təqdim etməliyəm. Materiallarınız sahmanda olsun.

Kənan Yaqubun şad xəbərinə gülümsədi:

– Vərəqələri doldurmağa sözüm yox, ancaq sizin hazırladığınız təqdimata mən getmək fikrində deyiləm. Bu məsələni mən eşitmişəm, xəbərdaram. Mən sadəcə, müəlliməm və bu işdə köməyim dəyir. Otuz ildir cavanlarımızı oxudub xalq təsərrüfatına işə yola salıram, məsul vəzifə nə əlimdən gələr, nə də ona marağım var. Məni dərs otağından ayırmaq, havadan, sudan məhrum etmək olar. Doğrusu belədir. Xahiş edirəm, nəzərə alın, rəhbər yoldaşlara da çatdırın. Mən öz işimdən razıyam. Hörmət eləmək istəyirsinizsə, məni dərsdən ayırmayın. Qaldı ki, o vəzifəyə çox ləyaqətli, hünərli yoldaşlar var, apara bilərsiniz.

Yaqubu gülmək tutdu. Ürəyində Kənana güldü: "Xalq yaxşı deyib, dərgah qapısı açıq olanda hərifi yuxu tutar..."

– A müəllim, – dedi, – hər adamı irəli çəkmirlər, hər zaman olmur belə fürsət. Sizə böyük etimad, ümid bəslənir, niyə boynunuzdan atmaq istəyirsiniz?

– Etimada görə təşəkkür edirəm. Mən öz qüvvəsini, mövqeyini bilən adamam, istəmirəm ki, sabah sizin etimadınız da əncamsız olsun. Qoyun sadəcə, öz bildiyim vəzifədə, balalara təlim etməkdə çalışım!

– Çoxları belə fürsət üçün sinov gedir.

– M ən vəzifə məşqinə düşməmişəm, düşmək də istəmirəm.

– Sizin adınızı mən verməmişəm, yuxarıdan gələn təklifdir.

– Yuxarıdakı yoldaşlardan da xahiş edərəm. Mənim elə vəzifələrdə tamahım yoxdur. Iş bacaran, həvəsli, təşkilatçı yoldaşları göstərmək olar!

– E lə də sözünüzü nazirə bildirin, məndən təqdimat istəyirlər.

– Bildirərəm. Günü sabah yanına gedərəm.

– M ütləq gedin, ancaq mənim adım olmasın! Bilməsinlər ki, nazirliyin niyyətini sizə elan etmişəm, yaxşı olmaz.

– X eyr, xeyr, heç kəsin adı olmayacaq. Mən öz sözümü nazirə bildirib təvəqqe eləyəcəyəm.

– Yaxşı! Yaxşı!

– Sağ olun!

– Sağ olun, amma yaxşı eləmədiniz. Qorxuram sabah peşman olasınız! Hər zaman belə fürsət ələ düşməz.

– X eyr, məndən xatircəm olun! Fürsət axtaran deyiləm.

– E lə olsun!

– Y əqin edə bilərsiniz...

Kənan gedəndən sonra Yaqub bir müddət ayaq üstdə dayanıb əlindəki karandaşı şüşəyə döyə-döyə: "Qəribə adamlar var. Biri vəzifə üçün özünü oda-közə vurub, yer qalmır baş vurmasın, biri də bunun kimi, deyəsən zalım oğlu "yeyib, içib - dünyadan keçib!" Heç nədə tamahı yox, heç yerə meyli yox! Qoyasan elə sinif otağında partalar arasında uşaqlara riyaziyyat düsturlarını saya, vəssalam! Özü savadlı, özü qüvvətli, hörmətli, nüfuz sahibi, zamanın işini, maarif sahəsini bilən, sözü keçən, əlində qələm... Di, gəl, heç nəyə həvəsi yox! Nə üçün? Necə deyərlər, küməsi uçub, dünyadan köçüb. Bilmirsən qorxudandır, ehtiyatdandır, istirahət arzusundan, ya nədəndir? Təəssüf!"

Kənanın nazirlə də bu mövzuda söhbəti oldu. Nazir gördü ki, bu qocaman müəllimin məsul vəzifəyə heç həvəsi yoxdur. Ancaq öz peşəsinin vurğunudur. Gecə-gündüz məktəbli dəftərlərini təshih etmək, lövhə qabağında uşağa riyaziyyat, iks-iqrek öyrətmək onda vərdiş olub. Yeməsin, içməsin, məktəb işlərində gözünün qarası gedənəcən əlləşsin!

Yox, onu öz peşəsindən ayırmağa dəyməz!

Ancaq nazir də Yaqub kimi təəssüf edirdi ki, belə bir ləyaqətli, zəngin təcrübəli adam, maarif sahəsində məsul mövqelərin birini nahaq tutmur, buna böyük ehtiyac var. Görünür, onu başa salan yoxdur.

O biri tərəfdən də nazir Kənanın şəxsi işini vərəqləyib görür ki, otuz ilin müddətində ona nazirliyin təşəkküründən başqa nə diqqət, nə hörmət olunub. Nazir zəng vurub Nazimi, partiya komitəsi katibini çağırdı:

– Ay Nazim, – dedi, – bayaq Kənan burada idi, xeyli söhbət elədik, sonra da onun tərcümeyi-halı, keçdiyi həyat yolu ilə xüsusi maraqlanmışam. Gözəl, ləyaqətli, əməksevər işçidir. Ancaq nə edəsən ki, sənin, mənim günahım üzündən indiyəcən biz onu layiqli bir mükafata təqdim eləməmişik.

– Eləməmişik!

– Saymamışıq, əhəmiyyət verməmişik, diqqətdən kənarda qoymuşuq.

– Doğrudur!

– N ahaq! Çox nahaq yerə!

– Doğrudur!

– Belə hallar diqqətsizlik ucundan kadrları yaxşı öyrənməmək ucundan olur. Bu ədalətsizliyi biz eləyirik.

Nazim dilə gəldi:

– Yoldaş nazir, – dedi, – Bu yerdə deyəsən, Kənanın özünün də təqsiri az deyil. Bilmirəm sizə deyiblər, ya yox, onun adını biz keçən həftə məsul bir yerə, texnikum müdirliyinə göstərmək istəyirdik. Hay-küy saldı ki, mən məsul iş bacarmaram. Mən sadəcə, müəlliməm! Filan, bəşməkan! Adamayovuşan deyil.

– Mənə də xahişə gəlmişdi ki, öz yerindən razıdır. Məsul iş istəmir. Amma neçə illərdir burada çalışır, özü də ləyaqətlə çalışır, bizim insafımıza nə gəlib ki, onu bir dəfə də mükafata təqdim eləməmişik.

– Eləməmişik.

– Bizim günahımızdır! Neçə dəfə qabaqcılların siyahısını istəyiblər, necə olub ki, Kənan unudulub?

– Unudulan bəyəm bir odur?

– O , hamıdan vacibdir axı!

Nazim açığını dedi:

– Belə hallarda üzlü maçalar, sırtıq adamlar hər yerə girib çıxırlar. Bizi də üzdən-gözdən salırlar. Adamın zəhləsini tökürlər. Sən də əlacsız qalıb, başdan eləyirsən. Abırlı adamlar bəzən yaddan çıxır, küy-kələk ustaları ortalığa düşürlər.

Nazimin sözü naziri tutdu:

– Bax, bu, bizim günahımızdır. Biz kadrları yaxşı tanısaq, hər kəsin yerini, qiymətini, xidmətini bilsək, möhkəm prinsiplə yanaşsaq, belə olmaz. Sırtıqlar da yerini bilər, əl-ayağa dolaşmaz, indi sənə deyirəm, bizim günahımızdan belə bir qiymətli işçinin haqqı tapdanıb. Baxırsan, təəssüf edirsən. Keçib, sən də, mən də buna göz yummuşuq! Boynumuza alaq! Bir də belə olmasın!

Səhərisi gün nazir, istehsalat müşavirəsində adamlara qayğı, qeydkeşlikdən danışanda Kənanın adını təkrar çəkdi. Vəzifəli yoldaşların diqqətini cəlb etdi ki, təltif zamanı haya-küyə uymasınlar, ən ləyaqətli, ən abırlı, təvazökar yoldaşları qeydə alsınlar. Nazirliyi də pis vəziyyətdə qoymasınlar. Lev Tostoyun bir məhşur hekayəsini misal çəkdi, işdə səhv eləmək təəccüblü, eyib deyil, səhvi görməmək, düzəltməyə çalışmamaq eyibdir! idarə başçılarının, xüsusən cibində kommunist bileti olan, bu müqəddəs adı daşıyan adam, insana münasibət, insan taleyi haqqında söhbət gedəndə gərək partiya tapşinqlarını bir an belə unutmasın. Hər məsələyə əzəmi diqqət, ehtiyat sorf etsin, insana qayğı bizim quruluşun, məqsədimizin, qayə və amalımızın əsasıdır, insan məxluqatın əşrəfidir. Əməkçi insan hər cür qayğıya, şərəf və izzətə layiqdir! Partiyamız bunu bizə həmişə tapşırır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Molotovçular

– Sən aparsan, üzüyünün qaşımı düşər?– Tülkü-tülküyə buyurur, tülkü də quyruğuna... Öz vəzifəni necə xalqın boynuna yıxırsan.

19313 min
Bayrağı bərk saxla

"Komsomol" məktəbi keçici bayrağı asanlıqla almadı. Rəhbərlik dəyişdi, məktəb kökündən silkələndi, komsomolçu Rəşid müdirliyə keçdi. Müəllimlər heyəti özünü topladı, atalar tərpəndi, uşaqlar dərs ətrafında arı kimi uyuşdu.Budur, iki ay yay tətilində uşaqların becərdiyi bağça! Ataların köməyilə qurulan radio aparatı, səhərlər ağzını aləmə tutaraq deyir:

19313 min
Volqanın qucağında

Bu gecə səhər bir saat az yatdı. Tramvaylar əsrin aktiv oğullarını götürmək üçün bir saat tez tərpəndi.Müxtəlif yerlərdə eyni hədəfə, eyni cəbhəyə hücum başlandı. Qoca Volqa diksindi, qorxdu, sahil ləpələrlə doldu.

19313 min
Zavodun tərcümeyi-halı

Uzun illər bundan qabaq qırmızı və xam misin qazandı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanılmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur...Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarlarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis "kraliçasının" malikanəsindən çıxandır.

19317 min

Poems by other poets