Gedirəm, gələ bilmərəmAğlama, yarım, ağlama!Ölürəm, sənsiz ölmərəmNazlı Nigarım, ağlama!Səndən yaman intizaramBilmədim ağrıyır haran,Ey həmdəmim, ey dilaramEy gülüzarım, ağlama!

Bir gün gələr, bir gün gedər,Cüt doğulub sevinc, kədər.Ağlasan xəlvət gecələrYanar məzarım, ağlama!

Bu səfərə yoxdu meylim,Fərmanım yazılıb, neylim.Eşqə sədaqətli Leylim,Ey iftixarım, ağlama!

Cüt qönçəydik bu budaqda,Açıldıq doğma torpaqda.Gedirəm, xəstə yataqda,“Saçları sarım, ağlama!”Mənim Nigarım, ağlama!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love