Körpələr
Bilgəh qəbiristanındaMuncuq kimi düzülübYumruq boyda “təpə”lərBura bulud göz yaşıGünəş bura nur ələr.Bura sinəsi dağlıDərdli analar gələrGöz yaşının selləri
Axar, daşları dələr.Baxdım heyrət içindəBurda yatır dedilər:Torpaqları bölümdəXalqı hərbi zülümdəOlan bizim körpələr.
Bir qəmli layla çaldımQəbirlərin yanındaÜrəyim parçalandıKönlümün üsyanında...
Laylay, yaralı xalqım!Laylay, yumruq təpələr!Bu təpələr qoynundaYatan məsum körpələr!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-korpeler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Bir yığın daş kömülmüşdür torpaqların qoynundaDün keçərkən həzin bir səs dinləyirdim mən onda.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
من «مَهْسَتیاَم» از همه خوبان شده طاقمشهور به حسن در خراسان و عراق
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır