Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.

Dərda ki, yarsız qəmi-hicr aldı canımı,Qaldı könüldə məhşərə çox intizarlər.

Sövdayi-zülfü xəttini başdan çıxarmazam,Gər başım içrə məskən edə mur, marlər.

Künci-qəfəsdə bülbüli-miskin edər fəğan,Tutmuş məqam səhni-gülüstanda xarlər.

Əfsus, gül eşitmədi bülbül nəvalərin,Yetdi xəzan gülşənə, keçdi baharlər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ömrüm əziz saxla, Şəhid, olsa gər nəsib,Əyyami-vəsl lazım olur çox nisarlər.

Random poem

Poems by other poets · Love