Gülərmiş
Yazda, yayda ağ geyinən dağlara,Payız qəhr edəndə boran gülərmiş.El köçəndə solan bir çəmənzara,Yaylaq boş qalanda aran gülərmiş.
Xoryat sözü mərd ürəyin dağlayar,Təbib görsə, dərdə dərman bağlayar,Aşıq eldən ayrı düşsə, ağlayar,
Bayqular tapanda viran gülərmiş.
Göydəki laçınlar baş əyməz sara,Sınmasa qanadı, düşməsə dara,Zülmün kəməndində ağlayanlara,Zülmət qılıncını vuran gülərmiş.
Tərəqqi çarxında insan ucalar,Tənəzzül gərdişi ayağa salar,Yoxsul qatarından üzülər, qalar,Vara fəxr eyləyən hər an gülərmiş.
Hərə bir söz deyər bəxti yatana,Fələk qürbət elə daşın atana,Adamsız arada itib-batana,Kömək arxasında duran gülərmiş.
Miskinli Vəliyəm haqqına naçar,Biri bağlayanda, birisi açar,Birisi qovduqca, birisi qaçar,Qaçan ağladıqca, qovan gülərmiş.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-gulermis
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Yurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
MillətÇalındı suri-İsrafil və bidar oldu hər millət,Ayılmır xabi-qəflətdən hələ bu bixəbər millət.
Elm-əxlaq"Təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək. Hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır",*F.Engels*
Ey axundEy axund, ey dirəxti-bihasil,Olma çox da təməllüqə mail,