Gözün aç, Möcüza, qıl bir nəzər əltaf yəzdanə,Tamam etmiş xuda nemətlərin biz əhli-İrəna.Çubuq, siqar və qəlyan verib, həm bəng, həm əfyun,Şərabü çayü qəhvə, meykədə, həm şirəkeşxanə.Yaratmış mehriban allah hər əsnafə belə bir daş,Səqət, Təbrizi, Zəngani düsəd, bəh-bəh bu ovanə!Təsuci, Xungəri, Dilmani, Tehrani təalallah….Və səngi Ərvənəq, put afərin olsun o rəhmanə.Və Şah əbdul Əzimü, Kazimeynü Kərbala, Məkkə,Xorasan, Samirə, Bağdad, Mədinə, Şamşahanə.Yaratmış bir peyəmbərlə bərabər bir sürü imamVə bir dəccal, həm bir Sahibzaman biz əhli-İranə.Pazəhri, qırmızı, ağ, göy, yaşıl, sarı, qərə səqqəlSəri üryan, miyanbirçək bənaguş, anladın, ya nə?….Orucluq, mahi-matəm, ərbəinü, ruzi aşura,Kəfən, qəddarə, meydan, təbl, istehzayi-biganə.Dəxi etmiş nələr ehsan xüsusən bizlərə xaliq?Fəqanu naləvü zəncirü sillə, qəlbi viranə.Bizə etmiş fəqət əşki-bəsərlə rozəxan ehsan,Nə türkə eyləmiş ehsan, nə əfqanə, nə yunanə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love