Bağrımnı dəlür navəki-hicrani-filani,Qanımnı tökər sehr ilə çeşmani-filani.

Başdan ayağa külli-vücudum oda yandı,Yarəb, yaraya dərdimə dərmani-filani.

Şahın quluyam, eyləmişəm yüz kərə iqrar,Bel bağlamışam bəndə bəfərmani-filani.

Sundum əlimi daməninə bəs ki, dutaydum,Bağladı qapu, qoymadı dərbani-filani.

Billah, sərü can cümlə bəşükranə verərdim,Gər olsa idim bir gecə mehmani-filani.

Ənbər saçılır, zülfünü gər şanə qılırsa,Şəkkər tökülür əz-ləbü dəndani-filani.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu şəhri qoyub üştə gedər xəstə Nəsimi,Bədnami-cahan oldu bədövrani-filani.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets